"Prezident, qəzaya uğrayanların ailələrinə başsağlığı verdi"

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 29-da Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 29-da Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib. Onlar həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtisindəki 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb.

Hadisə nəticəsində həlak olan 3 ekipaj üzvü, o cümlədən hər iki pilot da var. Eyni zamanda, iki ekipaj üzvü sağ qalıb. Dekabrın 26-da Azərbaycan qəza nəticəsində 14 yaralı və 4 nəfərin meyitini gətirib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin meyiti ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sını Azərbaycanda matəm günü elan edilməsi barədə Sərəncam imzalayıb.

ÖNCEKİ HABER

"AZAL Tayıyara Rusiyada Müdaxiləyə Mәruz Qaldı"

SONRAKİ HABER

İlham Əliyev: Qaza ilə bağlı tələblərimiz açıqlanıb