L?nk?ranın icra başçısının adı qalmaqallı cinayət işində çıxıb.
L?pkan Rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Elgün Abdullayev olub. Hazırda həbsdə olan Elgün Abdullayev iki dəfə ayrı-ayrı cinayət əməlindən görə hakim qarşısına çıxarılıb. Sonuncu məhkəməsində məlum olub ki, L?nkranda qanunsuz inşa edilən 7 mərtəbəli binanın tikintisi üçün qeyri-rəsmi icazəni icra başçısı Taleh Qarasov verib. Bu, Elgün Abdullayev tərəfindən özləri təkid edilib, lakin sonradan bu sözlərini inkar edib. Musavat.com xəbər verir ki, 2022-ci ildə həbs edilən Elgün Abdullayev əvvəlcə L?nkran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, vətəndaşlardan qanunsuz tikililər yaratmaqla rüsvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cəzalandırılıb. Elgün Abdullayev həbsdə olan zaman onun başqa bir cinayət əməli üzə çıxıb. Həmin cinayətə görə daha bir neçə şəxs məsuliyyətə cəlb edilib. İldən aldığımız məlumata görə, Elgün Abdullayev yaxın münasibətdə olduğu tanışı Hikmət Abbasova 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün şərait yaradıb. Tikintinin aparılacağı torpaq sahəsi Hünər Hadizadə adında bir iş adamına məxsus olub. Lakin Hikmət Abbasov və Hünər Hadizadə qeyd edilən torpaq sahəsində razılaşdırıldığı kimi 3 mərtəbəli yox, 7 mərtəbəli bina inşa ediblər. İstintaq belə qənaətə gəlib ki, Elgün Abdullayev əvvəldən inşa ediləcək binanın 3 yox, 7 mərtəbəli olacağını bilirmiş. Məqsəd də çoxmərtəbəli bina inşa etmək və həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından gəlir əldə etmək olub. Onlar layihəni səhərsalma qaydasına təqdim etmədən qanunsuz olaraq tikintiyə başlayıblar. Tikinti davam edərkən müvafiq qurumların xəbərdarlığına baxmayaraq, işlərini davam etdirərək layihəni başa çatdırıblar. Elgün Abdullayev bu işdə özünü qismən təqsirli bilib. Deyib ki, Hikmət Abbasovdan inşa etmək istədikləri fərdi yaşayış evinin eskizini qəbul edib. Həmin eskizdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təsdiq olunması üçün Şəhərsalma və Arxitektura Komitəsinə göndərməli idi. Lakin rəyini poçt vasitəsilə şəhərsalmaya göndərməyib, Hikmət Abbasovun özünə verib. Elgün Abdullayev bildirib ki, bu işlərin səbəbi dəqiq əsaslandırılmayıb. Onun bildirdiyinə görə, Hikmət Abbasova etibarlı adam kimi güvənib. Lakin H.Abbasov layihəni şəhərsalmaya aparıb orada təsdiq etdirməyib və tikintiyə başlayıb. Ona da bu barədə məlumat verməyib. Elgün Abdullayev qeyd edib ki, bu qanunsuzluğu gördükdən sonra Hikmət Abbasovdan tikintinin dayandırılmasını tələb edib, amma onun tələbinə əməl edilməyib. İcra başçısı Taleh Qarasovun adı işin bu hissəsində dövrəyə girib. Belə ki, tikinti aparan Hikmət Abbasov icra başçısından razılıq aldıqlarını bildirib. Elgün Abdullayev icra başçısına bu icazənin verildiyini desə də, sonradan fikrini dəyişib. E.Abdullayev həmçinin layihənin şəhərsalmaya yox, şəxsi Hikmət Abbasova verilməsini icra başçısının tapşırdığını qeyd edib. Lakin bunu sonradan inkar edib və beləcə bir icazə verdiyini açıqlayıb. Elgün Abdullayevin burada ziddiyyətli ifadə verdiyi bir daha aşkar olub. O, icra başçısını məsuliyyətdən yayındırmağa çalışıb və həmçinin özünün də günahsız olduğunu bildirib. Bildirib ki, tikintinin dayandırılması üçün icra başçısına məlumat verib. İcra başçısının birinci müavini tikintinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq edib. Bundan sonra FHN tərəfindən tikinti dayandırılıb. Amma sonradan tikinti yenidən davam etdirilib. Buradan belə bir sual çıxır ki, Hikmət Abbasov və Hünər Hadizadə kim olub? Onlar kim olub ki, Elgün Abdullayevin, Şəhərsalma və Arxitektura Komitəsinin, icra başçısının birinci müavininin, Fövqəladə Hallar Nazirliyinin tikintini qadağan etməsi ilə bağlı rəsmi göstərişlərinin, qərarlarına əməl etməyiblər? Bütün xəbərdarlıqlara baxmayaraq, 7 mərtəbəli binanı tam inşa ediblər. Düzdür, Hikmət Abbasov və Hünər Hadizadə də məsuliyyətə cəlb ediliblər. Amma onlara bu özbaşınalığı davam etdirmək üçün şərait yaradılıb. Bu işdə diqqət çəkən əsas məqam isə bu qədər ağır bir cinayət işində icra başçısı Taleh Qarasovun adının çıxmasına baxmayaraq, dindirilməməsidir. Çünki təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədilməsində birbaşa göstərişi verən şəxs məhz başçı Qarasov olduğunu demişdi. Amma Qarasov nə istintaqda, nə də məhkəmədə dindirilib. Qeyd edək ki, E.Abdullayev bu cinayət əməlini törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Əvvəlki cəzası ilə qismən toplanmaqla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hikmət Abbasov və Hünər Hadizadənin cinayət əmlləri və icra başçısı ilə əlaqələri barəsində növbəti yazıda ətraflı məlumat dərc ediləcək.