Baki şəhərinin mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb.
Bu tikintilərin baş verilməsi ilə bağlı maraqlı məqam odur ki, ucqar ərazilərdə - yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən dərhal xəbər tutan müvafiq strukturlar, Nəsimi rayonunda baş verən qanunsuz tikinti işlərinə müdaxilə etmirlər. Xüsusilə, Nəsimi rayonu, Cavadxan 17 ünvanında aparılan "gecəqondular" tikinti işləri, hansısa yüksək vəzifəli məmurun himayəsini almışdir. Bu ərazidəki tikinti normativlərə uyğun deyil. Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, lakin heç bir qurum ciddi reaksiya verməyib. Yaşayış binalarının arasında olan kiçik həyət sonradan sahibkar tərəfindən zəbt edilib. Sakinlər, "Dəfələrlə dövlət orqanlarına yazmışıq. Mektublarımıza cavab verilmir. Bir ay əvvəl Ekologiya Nazirliyi əraziyə gəlib baxış keçirib. Bu obyektin yeri əvvəllər kiçik mühlə parkı idi. Yaşlılarımız burada hava alır, söhbət edirdilər, uşaqlarımız oynayırdılar. Ancaq qəfildən bu tanımadığımız sahibkar ərazini zəbt etdi. Yaşıl ağacları doğrayıb burada sözdə bir obyekt tikdi. Nə şikayətimizə baxan var, nə də sözümüzü dinləyən,” deyirlər.
Bəs bu tikintini himayə edən kimdir?
2024-cü ilin sentyabr ayında keçirilən deputat seçkilərində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif İsgərov deputat seçildiyi üçün bu vəzifə artıq boşdur. Hazırda Nəsimi rayon İcra Hakimiyyətində başçının 1-ci müavini vəzifəsində Gülarə Verdiyeva çalışır. G.Verdiyeva 2013-cü ilin noyabr ayından Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışır. Nəsimi rayon İcra Hakimiyyətinin başçısının digər iki müavini isə Zahid Xəlilov və Ramiz Quliyevdır. İcra Hakimiyyətində tikintilərə məsul şəxslərdən biri rayon təsərrüfatı şöbəsinin müdiri Asim Rzayevdir. Yuxarıda qeyd edilən qanunsuz tikintinin aparıldığı Nəsimi rayonunun Cavadxan 17 ünvanı Nəsimi RİH Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisidir. Başçının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi isə Eldəniz Cabbarovdur. Bu qədər nəzarətçi orqan, səlahiyyətli şəxslər ola-ola, Cavadxan 17 ünvanında qanunsuz tikintinin necə aparılması sualı isə açıq qalır... (qlobal.az)