Azərbaycan-Gürcüstan Dostluğu: Yeni İmkanlar Yolu

 Qədim tarixi dostluq və qardaşlıq münasibətləri olan Azərbaycan və gürcü xalqları, müstəqil Azərbaycan və Gürcüstan arasında əlaqələr günü-gündən artıq, inkişaf edir

Azərbaycana və Gürcüstana arasındakı dostluq və qardaşlıq münasibətləri uzun tarixi köklərə malikdir. Müstəqil Azərbaycan və Gürcüstan arasında münasibətlər gün-gündən inkişaf edir və hər iki ölkənin rəhbərləri bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Bu münasibətlərin daha da genişlənməsi üçün atılmış addımlardan biri Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 17 yanvar tarixində Bakıya rəsmi dövlət səfəri olub.
Səfərin əvvəlində Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib. İclas zamanı dörd mühüm sənəd imzalanıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təmasda önəmli görüşü baş tutub. Görüşdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Gürcüstan Baş Nazirinin ilk xarici səfərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev, "Gürcü Arzusu" Partiyasının seçkilərdəki qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edib. Eyni zamanda, bu səfərin Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verdiyini vurğulayıb. Rəhbərlər, Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşadıqlarını bildiriblər.
Bəyanat zamanı enerji sahəsində iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyəti qeyd edildi. Dövlətimizin başçısı bildirib ki, birgə həyata keçirdikləri neft-qaz layihələri, bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir.
Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verilir və bu əlaqələrin genişləndirilməsi istiqamətində daimi işlər aparılır. İnvestisiyalar sahəsində əməkdaşlıq yaxşı dinamikaya malikdir. Gürcüstan, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. Azərbaycan, Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə yatırmışdır.
Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra olunur. Azərbaycanda da bu layihələr, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi həyata keçirilir. Yəni, bu işlər paralel şəkildə aparılır. Hər iki rəhbərin çıxışlarında digər sahələrdə də uğurların davam etdiyini vurğulandı. "Bir şeyi də deyə bilərəm ki, sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır", - deyə cənab Prezident bildirib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, dövlətimizin başçısı ilə mətbuata birgə bəyanatında Prezident İlham Əliyevin regiondakı nüfuzunu xüsusi qeyd etdi. "Siz regionda fərqli bir liderdir və bizim üçün də nümunəsiniz. Siz ölkənizin dövlətinin mənafelərini qorumaqla rəhbərlik edirsiniz", - deyə Kobaxidze vurğulayıb. Xarici dövlət başçısının dilində ölkə başçımızla bağlı bu cür xeyirxah sözlərin deyilməsi, öz növbəsində, hər birimizdə fəxarət hissi doğurur.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
ÖNCEKİ HABER

"Türkiyə XIN 20 Yanvar şəhidlərini yad edir"

SONRAKİ HABER

Ermənistanla danışıqlar davam edir: Bayramov açıqladı