29 yanvar 2025-ci ild? ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Artıq bələdiyyə seçkilərinə namizədliyi vermiş şəxslər təbliğat təşviqat kampaniyası aparırlar. Bu seçkilərdə iştirak edən gənc namizədlər var və bu, sözün əsl mənasında sevindirici haldır.
XALQ.AZ-a daxil olan məlumata görə, Səbail rayonu Badamdar kəndi Bələdiyyəsinin sədri Təzəxan Məmmədov bu il keçiriləcək bələdiyyə seçkilərində də iştirak edir. Özü Badamdar bələdiyyəsi üzrə qızı isə Səbail bələdiyyəsi üzrə namizədliyin irəli sürülüb. Bu keçiriləcək seçkilərdə bələdiyyə sədri narahatçılığını biruzə vermişdir. Təbliğat təşviqat kampaniyası zamanı hələ görüşlərə gəlmədiyi məlum olmuşdur. Belə ki, ötən illərdə onun fəaliyyəti heç də qənaətbəxş hesab edilmədiyinə görə, seçicilər daha onu bələdiyyə sədri görmək istəmirlər.
Bu günə qədər adı müxtəlift qalmaqallarda hallanan bələdiyyə sədri Səbail rayonunda uzun illərdir "makler" torpaq alqı-satqısı ilə məşğuldur. Onu əvvəldən tanıyanlar yaxşı bilir ki, Təzəxan Məmmədov rayonda sözün əsl mənasında vaxtilə Badamdar ərazisində boş əraziləri "saxta sənədlərlə" satışını həyata keçirdiyi iddia olunur. Hələ bu azmış kimi, satdığı torpaqların ev və obyekt tikilməsində də vasitəçi olub.
Həmçinin bələdiyyələrinin büdcə daxilolmalarının həcmi gizlədildiyi də iddia edilir. Səbail rayonu, Badamdar kəndi sakinlərindən alınan məlumatlara əsasən bələdiyyə sədri Təzəxan Məmmədov heç də bələdiyyə işləri ilə məşğul olmadığı bildirilir. Badamdar ərazisində biznesini genişləndirmək və inkişaf etdirmək üçün vasitəçi kimi fəaliyyət göstərir deyə iddialar səsləndirilib.
XALQ.AZ-ın əldə etdiyi digər məlumat bildirir ki, Bələdiyyə sədri Təzaxan Məmmədov 7 saylı Səbail seçki dairəsi Badamdar bələdiyyəsi üzrə namizəd, qızı Vahidova Nəzin Təzaxan qızı isə Səbail bələdiyyəsi üzrə namizədliyi irəli sürülüb.
Məsələ ilə bağlı əməkdaşımız Təzəxan Məmmədovla əlaqə saxlayıb. Bələdiyyə sədri qızının bələdiyyə seçkilərində namizəd olması barəsində məlumatın olmamasını bildirdi, vətəndaşların isə səsləndirdiyi iddiaların yalan olduğunu, fəaliyyət dövründə yaxşı işlər gördüyünü qeyd etdi.
Amma araşdırmalarımız zamanı MSK-nın rəsmi məlumatında Vahidova Nəzin Təzaxan qızı bələdiyyə seçkilərində namizəd kimi qeyd olunub. Lakin təbliğat təşviqat kampaniyasında həmçinin seçicilərlə görüşlərdə belə iştirak etmir.
Ümid edirik, 29 sentyabrda keçiriləcək bələdiyyə seçkilərində ən layiqli namizədlər qalib olacaq.
Araşdırmalarımız davam etdirəcəyik.
