Bakıda sakinlərdən Leyla Əliyevaya çağırış!

Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 33, 33 a və 33 b binalarının sakinləri İDEA” ictimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya müraciət edib
Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 33 sakinlərinin müraciəti Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 33 nömrəli binalar 1960-cı ildən inşa olunmuşdur. Məhəlləmiz 11 blok və 165 mənzildən ibarət olaraq, üç binanın (A, B, C) birləşməsi kimi tikilmişdir. Hər bir mənzildə ortalama 5 nəfərin yaşadığını nəzərə alsaq, binalarda hal-hazırda 800-dən artıq insan yaşayır. Ancaq təəssüf ki, bu qədər insanın yaşadığı binada və onu əhatə edən ərazidə normal yaşayış və istirahət şəraiti yoxdur. Bina şəhərin mərkəzində yerləşir, ABS səfirliyinin və bir sıra ali təhsil müəssisələrinin yaxınlığındadır. Günü-gündən yeniləşən, müasir görünüşü ilə dünyanın ən gözəl şəhərləri arasında yer alan Bakının mərkəzi hissəsində belə bir acınacaqlı durumun olması təəccüblüdür. Müraciətdə bildirilir ki, əhalinin dözülməz vəziyyəti ilə bağlı yuxarı instansiyalara dəfələrlə müraciət edilib, lakin bu günə qədər heç bir müsbət dəyişiklik baş verməyib. İllər boyu ölkənin ali instansiyalarına ünvanladığımız məktublar müvafiq olaraq Nəsimi rayon İcra Hakimiyyətinə yönləndirilir. Təəssüflər olsun ki, altı aydır icra başçısı olmayan Nəsimi rayon icra hakimiyyəti, hər dəfəsində bizim məktublarımıza formal cavab verərək məhəlləmizdəki problemlərin həlli üçün vəsaitin olmadığını bildirir. Bizim məhəlləmizə birbaşa cavabdeh olan Nəsimi rayon icra hakimiyyətinin, ərazimizi nəzarət edən 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin yaşadığımız acınacaqlı duruma bu cür məsuliyyətsiz, laqeyd yanaşması, Son illərdə Bakı şəhərində, eləcə də şəhərimizin ətraf qəsəbələrində sakinlərin sosial-mədəni həyatlarının daha da yaxşılaşması üçün apardığınız əsaslı yenidənqurmaya, israrla layihələrinizə ciddi kölgə salır. Məhəlləmizdə yaşayan ailələrin azyaşlı uşaqlarının vaxtlarını səmərəli keçirmələri, əylənmələri üçün ərazidə heç bir şərait yoxdur. Məhəlləmizin hər tərəfində sınq-salxaq zibilliklər bel-belə yığılıb. Həyətimizdə olan daş pilləkənlər 1960-1970-ci illərdə döşənib. Divarlardan ağlay üzlüklü daşlar qopub yerə tökülür. Üç binanın sakinlərinin həyətində oturmaları, dincəlmələri üçün bir də olsa skamya belə yoxdur. Həyətimizdə olan söhbətxana 1970-80-ci illərdən qalmaqdadır. Həyətimizdə olan yeganə bulaqdan uzun illərdir ki, su gəlmir. Bütün bunlarla yanaşı, 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin müdiri İqrar Sadiqov, həyətimizin girişinə slanqbaum qoyaraq həyətimizi "parkovkaya" çevirib. Mövcud vəziyyətin ağırlığından şikayət edən sakinlər bu duruma etiraz edirlər. Son illərdə Bakı şəhərində Sizin şəxsi təşəbbüsünüz və rəhbərliyinizlə həyata keçirilən "Abad məhəllə" layihəsi üzrə bir çox binalar, məhəllələr, həyətlər abadlaşdırılıb, uşaq və idman meydançaları inşa edilmişdir. Sizin bu layihəniz minlərlə vətəndaşın, körpələrin böyük sevincinə səbəb olmuşdur. Bakı şəhərinin 33 nömrəli binasının sakinləri olaraq, yeganə arzumuz müasir oturacaqların heç olmasa bir neçəsini öz həyətimizdə görmək, övladlarımızın əylənmələri üçün atraksionların qurulmasıdır. Müraciətimizin sonunda sakinlər Leyla xanımdan xahiş edirlər ki, bizim təhlükəsizlik və sağlam mühitə olan hüququmuzun pozulmasına yol verməsin və 33 nömrəli binanın təmir edilməsi və həyətinin abadlaşdırılmasına kömək göstərsin. Qalınmasın, bizim məhəlləmiz də abad məhəllə olacaq. Bizim övladlarımız da sevinc yaşayacaqlar.
ÖNCEKİ HABER

"Travmatoloq tapmaqda çətinlik: xəstələr çarəsiz"

SONRAKİ HABER

"AzTU-da qanunsuzluqlar: Vilay?t V?liyev tənqid olunur"