"Evinin ucundan çöken tehlikeye karşı çıkan yaşlı kadın"

“Əgər 70 yaşlı anama və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat, “Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır”
70 yaşlı ananın və bir ayağı olmayan birinci qrup əlil qardaşının yaşadığı evə görə keçmiş deputat, "Karat Holding" rəhbəri İrsabil Qasimovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır.
"Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Aytın Məmmədova sosial şəbəkə hesabında etdiyi paylaşımında bildirib. "Vialon" tikinti şirkətindən şikayətçi olan jurnalist bildirir ki, Nəsimi rayonu, Şəmsi Hüseynzadə 73 ünvanında yaşayan anası və birinci qrup əlil qardaşının yaşadığı evin divarına bitişik birmərtəbəli binada söküntü işləri aparılıb. Nəticədə binadan qopan hissələr onların evinin damına tökülüb:
"Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Düşündük ki, insanlardır, sağ-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəli olduğunu anlayarlar, amma yox. Anamgil yatdığı yerdə gurultu qopdu. Yuxarıdan bunlar sökməyə başlayanda damın üstünə tökülüb. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin... O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldurlar, dayandirdılar. Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədirlər. 70 yaşlı adam binanın başına uçacağından qorxaraq yaşayır." Aytın Məmmədova qeyd edib ki, "Vialon" şirkətinin razılığında söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var:
"Bildiyimə görə, bu şirkətlə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq gedirdi. Buna baxmayaraq, istədiyini edir. Anamın cəmi 50-55 kvadratmetrlik evi var. O, 70 illik ömrünün 50 ilini burada yaşayıb. Deyir ki, öz evimin ölçüsünə uyğun mənə ev ver, vəssalam. Anama lap bulvarda da ev versələr istəmir, bu adam məhz öz yaşadığı ərazini öyrənib." Qasimovlar cəmi bir küçə aşağıda "Malibu" adlı şirkət vasitəsilə tikdiyi evlərin kvadratmetrini 3500 manatdan satır, amma qonşumuzdan bir kvadratmetri 2100 manatdan alıb. Deyilənə görə, anamgilin evlərinin yerində məktəb olacaq, - şikayətçi vurğulayıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq.
Şikayətlə bağlı "Vialon" tikinti şirkəti ilə əlaqə saxlanmağa çalışsıq, amma telefon zənglərimizə cavab verən olmadı. (""Qafqazinfo"")
ÖNCEKİ HABER

Xaçmaz sakini: "Torpağımı istənilən istifadə edə bilmirəm"

SONRAKİ HABER

"Sevil Əhmədovanın Oğlu İcra Hakimiyyətinə Təyin Olunur?"