"Su T?chizati Xidm?tinin qanunsuz c?rimləri!"

Son günlər redaksiyamıza İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə bağlı çoxsaylı şikayət daxil olur

Son günlər redaksiyamıza İri Su Təchizatı Xidmətinə bağlı çoxsaylı şikayət daxil olur. Bir neçə gün öncə Yasamal rayonu, Hüseyn Cavid prospekti bina 73-də "Yasamal -37" Mənzil Mülkiyyətçilərinin Müstəqil Cəmiyyətinin idarəçiliyində olan binaya İri Su Təchizatı Xidmətinin əməkdaşlarının 2030 AZN borc yazması haqqında məlumat vermişdik. Bu gün daha bir bina sakinləri redaksiyamıza müraciət edərək İri Su Təchizatı Xidmətinin, yaşadıqları binaya böyük məbləğdə borc yazdığını bildiriblər.
Şikayətçilər qeyd edirlər ki, Yasamal rayonu İsgəndər Zülalov küçəsindəki 41 saylı binaya xidmətin əməkdaşları 2024-cü ilin dekabrın 29-da 1945 manat borc yazıb. Bu dəfə də Xidmətin əməkdaşları yazdıqları cərimənin aktını bina sakinlərinə verməmişlər. Həmçinin, "Yasamal -37" Mənzil Mülkiyyətçilərinin Müstəqil Cəmiyyətinin başına açılan və qanundankənar oyunun davamı sayılır. Vətəndaşlar iddia edirlər ki, şikayətlərini dinlənilmir və onların tələbi yerinə yetirilmir. Hər iki bina sakini İri Su Təchizatı Xidmətini məhkəməyə verməyə çalışsa da, əllərində heç bir sənəd yoxdur, çünki İri Su Təchizatı Xidməti qanunsuzluq göstərərək yazdıqları aktları bina sakinlərinə vermirlər.
Daha bir maraqlı məqama isə İri Su Təchizatı Xidmətinin bütün binalara eyni problemlə cərimə yazmasıdır. Bina sakinlərinin və "Yasamal -37" Mənzil Mülkiyyətçilərinin Müstəqil Cəmiyyətinin İdarə Heyətinin üzvlərinin israrlı tələblərinə baxmayaraq, keçən 40 gündən artıq müddətdə bu aktlar verilməyib.
İri Su Təchizatı Xidməti iddia edir ki, hər iki cərimə yazılan binada hovuzda su axıntısı var və həmçinin binanın hovuzunda üzgəc (suyun dolmasını bildirən və bağlayan) yoxdur. Göründüyü kimi, İri Su Təchizatı Xidməti 2024-cü ilin son günlərində cərimə yazaraq sözün əsl mənasında aradan çıxıblar.
Problem çoxdur, amma nədənsə İri Su Təchizatı Xidmətinin rəhbərliyi bu problemləri həll etmək niyyətində deyil. Çünki Xidmətin rəhbərliyinin əməkdaşlarının başı qanunsuz cərimə yazmağa qarışıb. (ulusal.az)
Mövzuya qayıda bilərik. Bu vəziyyət, yalnız bir binada deyil, bir çox binalarda eyni problemlərin yaşandığını və sakinlərin hüquqlarının pozulduğunu göstərir. Sakinlərin tələblərinə reaksiya verilməməsi, onların ədalət arayışını daha da çətinləşdirir və cəmiyyətin bu məsələ ilə bağlı daha da narahat olmasına səbəb olur. Problemlərin həll edilməməsi, sakinlər arasında narazılığın artmasına və etimadsızlığın yaranmasına gətirib çıxarır, bu isə uzunmüddətli perspektivdə daha ciddi nəticələr doğura bilər.
Bütün bunlarla yanaşı, dövlət orqanlarının məsələrə müdaxiləsi də mütləqdir. Qanunların pozulmasına qarşı hüquqi tədbirlərin görülməsi, sakinlərin hüquqlarının qorunması, cəmiyyətin etimadını bərpa etmək üçün vacibdir. Həmçinin, İri Su Təchizatı Xidmətinin fəaliyyətinin şəffaflığa kavuşturulması, onların yazdıqları cərimələrin səbəblərinin açıqlanması və vətəndaşlarla əlaqələrin yaxşılaşdırılması üçün mütləq addımlar atılmalıdır.
ÖNCEKİ HABER

"Sahil Babayevin ilk addımı: Tenderlər dayandırıldı"

SONRAKİ HABER

Ramiz Rövsənə ağır itki: Bacısı vəfat etdi