"Fuad Rzayev Yeni Ticarət Obyekti İnşasına Başladı"

“Azərenerji” ASC sədrinin oğlu Fuad Rzayev Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,Mərdəkan prospekti, giriş 156 ünvanda yeni ticarət obyekti inşa edir

“Azərenerji” ASC sədri Baba Rzayevin oğlu Fuad Rzayev, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan prospekti, giriş 156 ünvanında yeni ticarət obyekti inşa edir. Poliqon xəbər verir ki, Fuad Rzayevə qeyri-yaşayış binasının tikintisi üçün icazə bu gün, 17.02.2025-ci ildə verilib. Ticarət obyektinin yerləşəcəyi bina yaşayış məntiqələri torpaqlarında inşa ediləcək. Torpağın ümumi sahəsi 1068.44 m², tikinti sahəsi isə 419.05 m² olacaq. Ticarət obyekti 2 mərtəbədən və zirzəmidən ibarət olacaq.

Ticarət Objekti

Məlumat üçün bildirək ki, “Azərenerji” ASC sədri Baba Rzayev, ölkədə geniş biznes şəbəkəsinə sahib olan və bu statusunu qoruya bilən çox az məmurlardan biri hesab olunur. Baba Rzayevin oğlu və digər ailə üzvləri ölkədə geniş biznes fəaliyyəti ilə məşğuldurlar.

Yerli mətbuatın yazdığına görə, “GBS” (General Boards System) QSC (VÖEN - 1500855231) adı ilə tanınan şirkət Baba Rzayevin oğlu və qardaşı - Fuad Rzayev və Emin Rzayev tərəfindən 2003-cü ildən təsis edilib. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur.

“GBS” QSC-nin yerləşdiyi hüquqi ünvanda - Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhlildə “Azərenerji” ASC-nin prezidenti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir.

Belə şirkətlərdən biri də 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Zirə Aqropark” MMC-dir (VÖEN - 1503134451). Bu şirkətin qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.

Fərid Fərhadzadə Fövqədası hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.

“GBS” QSC-yə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkət – “GBS Construction Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.

2018-ci ildə Ziya Bünyadov, ev 2071-ci məhlidə “Electro Service” QSC (VÖEN - 1504224741) adlı daha bir şirkət qeydiyyata alınıb. Hazırda hüquqi ünvanı Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşən QSC-nin qanuni təmsilçisi Babayev Tural İlyas oğludur.

Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN - 1500023051) yerləşdiyi ünvan da Ziya Bünyadov, ev 2071-ci məhlidə göstərilib. Bu şirkətin qanuni təmsilçisi Baba Rzayevin qaynı Həsənov İlhəm Ağamısim oğludur.

Son iki ildə aparılan araşdırmalar üzə çıxarıb ki, Baba Rzayevin ailəsi enerji ixracından külli miqdarda qazanıb. Bu biznes “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin ailə üzvləri, həmçinin indiki prezidenti Balababa Rzayevin öz ailə üzvləri - kürəkəni və oğlu daxildir. Musavat.com saytı ötən ilin noyabr ayında yazıb ki, Gürcüstanda Azərbaycandan enerji ixracını inhisarda saxlayan E. Pirverdiyevin ailə üzvlərinin və Baba Rzayevin oğlunun çoxsaylı ortaq biznesləri fəaliyyət göstərir. Məhz həmin şəxslərin nəzarətində olan şirkətlər Azərbaycandan enerjini alaraq Türkiyəyə sataraq yüz milyonlarla dollar gəlir əldə edilib.

Bundan əlavə, B. Rzayevin oğlu Fuad Rzayevin Gürcüstandakı biznes fəaliyyətinə əlverişli şərtlər təmin olunub. O, qonşu ölkədə elektrik avadanlıqlarının idxalından tutmuş daşınmaz əmlak sahəsinə qədər çoxsaylı sahələrdə fəaliyyət göstərən şirkətlərin yaradıcısı, yaxud payçısı kimi çıxış edir.

ÖNCEKİ HABER

"Əmək haqqı problemləri: BCC Group-un qanunsuzluğu"

SONRAKİ HABER

"MMC-dən 88 599 AZN-lik dərman alışı!"