"Agdaşda Tender Qalibi: ATF MMC-nin Sirri"

Ağdaş İcra Hakimiyyəti ötən gün keçirdiyi tenderin nəticəsini açıqlayıb

Agdas Icra Hakimiyyəti Tender Nəticələrini Açıqladı

Agdas Icra Hakimiyyəti ötən gün keçirdiyi tenderin nəticəsini açıqlayıb. Tender nəticəsində Agdas şəhərində İqbal Rzayev, F.Səfərov, Ərəs, Mirzalı Əliyev, M.?.Rəsulzadə və Sönməz Məmmədov küçələrində təmir işləri aparılacaq. Açıq mənbələrdə qeyd edilir ki, tenderin qalibi ATF MMC olub. Bu şirkətlə Icra Hakimiyyəti arasında 397 min 547 manatlıq müqavilə imzalanıb.

Tribunainfo.az AFT MMC ilə bağlı açıq mənbələr üzərindən apardığı araşdırmalarında maraqlı məqamlara rast gəlib. Belə ki, bu şirkət 2010-cu ildən 2020-ci ilədək onlarla tenderin qalibi olub. Qazandıqları işlərin dəyəri 75 milyon manat təşkil edib. 2024-cü ildən udduqları tenderlərin sayı isə 9 olub və bu tenderlər üzrə MMC 6 milyon 783 min 838 manat gəlir əldə edib.

Məsələnin maraqlı tərəflərindən biri odur ki, şirkət yalnız Ağsu ərazisindən o yandakı rayonların tenderlərinin qalibi olub. Yəni, hər nəyə hikmətidirsə, Balakəndən Ağsuya qədər Icra Hakimiyyətlərinin sifarişlərini yerinə yetirib. Hətta oradan Kürdəmir və ya Ucara belə enməyib.

Ötən il şirkətin ən bahalı tenderi Mingəçevir şəhərində qeydiyyatdan keçirilib. Bu şəhərin Icra Hakimiyyətinə bağlı MKTIB 2024-cü il üçün yolların və səkilərin əsaslı təmir işləri üçün AFT-yə 2 milyon 161 min 11 manat ödəyib.

Ismayilli rayon Icra Hakimiyyəti də AFT ilə bir il içində iki dəfə anlaşma bağlayıb. Tribunainfo.az xəbər verir ki, Icra Hakimiyyəti rayonun Ivanovka kəndinin yollarını əsaslı təmir etmək üçün ATF ilə 91 min 511 manatlıq, rayon mərkəzinin yollarının təmiri üçün isə 931 min 724 manatlıq satınalma müqaviləsi bağlayıb.

Sözügedən şirkət Qəbəlidə də Heydər Əliyev prospektini bir ildə iki dəfə təmir edib. Belə ki, Qəbələ Icra Hakimiyyəti bunun üçün MMC-yə 852 min 943 manat pul ödəyib. Eləcə də, Göyçay Icra Hakimiyyətinin şəhərin küçə və dalanlarında asfalt örtüyünün əsaslı təmir işlərinin satın alınması prosesindən də şirkət az qazanmamışdır. Məlumat olan odur ki, AFT bununla bağlı Icra Hakimiyyətindən 1 milyon 63 min 558 manat pul qazanıb.

İndi isə AFT-nin kimə məxsus olması məsələsini araşdırmağa çalışaq. Qeyd edək ki, şirkətin rəsmi saytında 2018-ci ildə yaradıldığı qeyd edilir. Açıq mənbələrdə onun sahiblərinin sayının 3 olduğu və qardaş olduqları bildirilir. Tribunainfo.az xəbər verir ki, bu şirkəti Azad, Təbriz və Faxraddin Muradov qardaşları yaradıb. Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir.

Bildirək ki, açıq mənbələrdə şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova bu və ya digər formada məxsus olmasına dair məlumatlar var. Belə ki, AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma "ATF" MMC onun istisnalar siyahısındadır. Elə bu səbəbdən AFT MMC konkret bölgədəki asfaltlama işlərini təkbaşına həyata keçirir. Halbuki AAYDA keçirdiyi tenderlərdə podratçı şirkətlərin adını qeyd etmir.

Maraqlı detallardan biri də budur ki, bir qədər əvvəl şirkət Göyçayda qırağa hadisə baş verib. Rayondakı 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəsad Kərimovu işdən çıxarıb və onun yerinə "ATF" MMC-nin təsisçilərindən olan Təbrix Muradovun oğlu Tehrani müdir təyin edilib. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismar İdarəsinin bütün texnikaları qanunsuz olaraq "ATF" MMC-nin tenderdə "udduğu" yol tikintisi işlərinə cəlb edilib.

Bundan başqa, açıq mənbələrdə qeyd edilir ki, "ATF" MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxraddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbrix Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə "işləməyə", "ATF" də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edir.

Yazıda adı keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

ÖNCEKİ HABER

FHN 253 min manata yeni xidm?ti avtomobil alıb

SONRAKİ HABER

"Tibbi Ekspertiza Qalmaqalı: Cavid Cahangirli İddiaları"