"Badamdar'da məktəb direktoruna şikayət"

Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M
Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M.Topçubasov küçəsi, ev 246 ünvanında yaşayan sakinlər, qonşuluqda yerləşən Laçın qaçqin məktəbinin direktoru Piyalə Xudayarovanı məhkəməyə veriblər.

Bu barədə redaksiyamıza sakinlərdən Zəmina Zahirova bildirib. O qeyd edib ki, vaxtilə məktəb qaçqin uşaqların təhsil alması bəhanəsi ilə gecikdirilib. "Elə o vaxtdan bizim rahatlığımız pozuldu. Çünki məktəbə gedən yol bələdiyyə işçiləri tərəfindən satıldı və onun yerində obyekt tikildi. Nəticədə bir tərəfi uçurum olan, digər tərəfi obyekt tikilən məktəb yolsuz qaldı. O vaxt humanizm naminə direktor Piyalə Xudayarovanın xahisini nəzərə alaraq, öz həyətimizdən məktəbə çıxış ayırdıq. Ancaq bir müddət sonra direktor və müəllimlər həmin yoldan məktəbə avtomobillərlə gedib-gəlməyə başladılar. Bundan sonra da problemlər başladı."

Qapılarının küçəyə açıldığını, evdə azyaşlı uşaqların olduğunu deyən Z. Zahirovanın sözlərinə görə, direktor və müəllimlərin onların həyətindən avtomobillə keçib getməsi uşaqların həyatına təhlükə yaradır: "Bu səbəbdən dəfələrlə həyətdən avtomobil yolu kimi istifadəyə edilməsinə etiraz etsək də, məktəb rəhbərliyi buna məhəl qoymadı. Bu azmış kimi, direktor məktəbin darvazasını qanunsuz olaraq mənim evimə birləşdirib. Neçə vaxtdır evimə birləşdirilən darvazanı oradan götürülməsini tələb etsəm də, xeyri yoxdur."

Z. Zahirova qeyd edib ki, o, dəfələrlə məsələ ilə bağlı Elm və Təhsil naziri Emin Əmrullayevə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova direktorun özbaşınalıqlarına son qoyulması ilə bağlı müraciət edib. "Dəfələrlə Fuad Bədəlovaın qəbulunda da olmuşuq. Hər dəfə problemi həll edəcəyini bildirsə də, heç bir tədbir görməyib. Halbuki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlikə Nəzarət Dövlət Agentliyi məktəbin qanunsuz tikildiyini təsdiqləyiblər. Dövlət qurumları ilə yazışmalardan sonra məktəbin köçürülməsi məsələsi gündəmə gəlib. İndi bundan qorxuya düşən məktəb direktoru, öz qanunsuz əmərlərini ört-basdır etmək üçün şəhid adı ilə manipulyasiya edir. Piyalə Xudayarova Badamdar Laçın qaçqin məktəbini şəhid Etibar Nəcəfovun adı ilə əlaqələndirərək, məktəbin şəhid statuslu olduğunu bildirir."

Ancaq bu hadisələrə qədər məktəbin şəhid Etibar Nəcəfovun adını daşıdığına dair heç bir məlumat yox idi, məktəbə belə lövhə vurulmamışdı. Ümumiyyətlə, məktəbə şəhidin adının verilməsinə dair qərar varmı? Bu qərarı kim imzalayıb? Məsələnin son vaxtlar gündəmə gəlməsi onu deməyə əsas verir ki, Piyalə Xudayarovanı şəhidlər düşündürmür. Açıq şəkildə şəhid adından istifadə edərək, bizi evimizi sökməklə, torpağımızı məktəbin ərazisinə birləşdirməklə hədə-qorxu gəlir. Həmin ünvanda cəmi üç ailə yaşayır. Piyalə Xudayarova bizimlə yanaşı, yaxın qonşularla da münasibətlərimizi korlamaq, torpağımızı elimizdən almaq niyyətini çatmaq istəyir. O, tabeçiliyində olan işçiləri vasitəsilə daim bizə təzyiq göstərir. Hətta iftira atmaqdan belə çəkinmir. Biz haqqımızı tələb edirik deyə, qayınım Nadir Zahirovu hədəf alır, deyir, guya o, çılpaq gəzdirir, şagirdlərin psixologiyasını pozur. Halbuki belə hərəkətlər bizim tərbiyəmizə yaddır. Utanmadan bizə böhtan atır. Məktəb direktoru da özünü bu səviyyəyə çatdırır. Bu cür davranışla o, məktəbdəki uşaqlara necə təlim-tərbi verəcək?"

Z. Zahirova sonda onu da qeyd edib ki, Elm və Təhsil Nazirliyinə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə çoxsaylı müraciətlərinə, müvafiq dövlət orqanlarının təhlil yolu olmayan məktəbin qanunsuz tikilməsinə dair rəyinə baxmayaraq, məsələ həlledilməyib. "Bu səbəbdən məcbur qalıb Baş Prokuror Kamran Əliyevə və məhkəməyə müraciət etdik. Aprelin 24-də iddiamıza hakim Rana Qafarovanın sədrlik etdiyi Sabail rayon məhkəməsində baxılacaq."

Zaur, BakuPost
ÖNCEKİ HABER

Bakıda 3 rayonda qaz tədarükü dayandırılacaq!

SONRAKİ HABER

"Ötən gün yağışda yol qəzası olmayıb!"