"Nigar Məmmədovanın Plastik Cərrahiyə Skandalı"

Səhiyyə Nazirliyi Xüsusi Təftiş Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb
Səhiyyə Nazirliyi Xüsusi Təsdiq Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb. Azərbaycanın sağlamlıq sistemində 42 həkim plastik cərrah kimi fəaliyyət göstərmək üçün icazə almışdır. Lakin, “MedAura” klinikasının baş həkimi Nigar Məhəmmədova nazirliyin qərarını göz ardı edərək aprel ayının sonuna qədər xüsusi endirim kampaniyası elan edib. Sosial platformada qısa bir çıxış edən Nigar Məhəmmədova, aprel ayının sonuna qədər “Liposaksiya” və “Abdominoplastika” əməliyyatlarını toplam 1500 manata həyata keçirəcəyini bildirmişdir. Bu vəziyyətdə sual yaranır: Nigar Məhəmmədovaya bu əməliyyatları icra etməyə kim icazə verib? Mətbuatda və sosial şəbəkələrdə Nigar Məhəmmədova barəsində mənfi məlumatlar yayılmaqdadır. MedAura klinikasında Nigar Məhəmmədovadan burnunun ucundakı ətrafın incəldilməsini istəyən bir pasiyent 3000 manat ödəyib. Ancaq əməliyyatdan sonra pasiyentin həyatı kabusa dönüb; maska ilə gəzməyə məcbur olan bu pasiyent, klinika rəhbəri ilə mübarizəsindən heç bir nəticə əldə edə bilməyib. Həkimlər, “burnundan narazısansa, biz yenidən əməliyyat edək, başqa həkimə get” kimi sözlər deyərək məsuliyyət daşımadıqlarını bildirib. Rekonstruktiv əməliyyat üçün pasiyent 7500 manat ödəyib, lakin bu məsələ ilə bağlı heç bir tədbir görülmür. Həmçinin, MedAura klinikasında Nigar Məhəmmədovanın növbəti qurbanı isə Bakı sakini Günay Məhmmədovadır. Pasiyent, bütün üz fiziki quruluşunun dəyişdiyini və tanınmaz hala düşdüyünü ifadə edir. O, “nəfəs almaqda çətinlik çəkirəm, dostlarım, tanışlarım artıq məni tanımır, çünki üzüm tamamilə dəyişib, sadece səsimdən tanıyırlar” deyərək narahatlığını bildirib. Günay Məhəmmədova bir ay ərzində iki dəfə əməliyyata salındığını və həyati önəmli orqanlarına müdaxilə edildiyini qeyd edir. O, hələ də əməliyyat yerinin sağalmadığını və yarasından irin axdığını bildirir. Şikayətlərlə bağlı “MedAura” klinikası ilə əlaqə yarada bilmək mümkün olmayıb. Nigar Məhəmmədova bu məsələlərə heç bir açıqlama verməyib. İndi isə Nigar Məhəmmədova sosial platformalarda endirim kampaniyası ilə yeni “qurbanlar” axtarışındadır. Plastik əməliyyatlar edən Nigar Məhəmmədovaya səbəbsiz olaraq niyə kimsə mane olmur? Bu məsələlərlə bağlı Səhiyyə Nazirliyindən heç bir açıqlama almaq mümkün olmamışdır. Hal-hazırda “MedAura” klinikasının qanuni nümayəndəsi və direktoru Zeynalli Nihat Yusif oğludur. Xülasə, Nigar Məhəmmədovanın fəaliyyəti və klinikasının yola saldığı çətinliklər, toplumda ciddi narahatlıqlara səbəb olmaqda davam edir.
ÖNCEKİ HABER

Zəfər Quliyevdən yeni dələduzluq faktları!

SONRAKİ HABER

"Televiziyada İşarət Dili İstifadəsi Müsəlman Olunur!"