"Audit Nəticələri: Dini Qurumların İstifadəsi İddiaları"

Hesablama Palatası ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dövlət vəsaitinin və əmlakının istifadə edilməsinin hüquqi aktlara uyğunluğunun auditini aparıb

Hesablama Palatası, ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğunun auditini aparıb. Bu barədə Hesablama Palatası məlumat yayıb.

Auditin nəticələrinə görə, dini və maarifləndirmə mövzusunda keçirilmiş tədbirlər zamanı günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına artıq ödənilmiş vəsaitlər müəyyən edilib. Belə ki, Komitə üzrə 408,395.77 manat, Fond üzrə isə 99,338.90 manat artıq ödənilib. Həmçinin, müqavilə üzrə yerinə yetirilməyən cari təmir işləri üçün Komitə tərəfindən 26,277.0 manat ödənilib.

Komitə tərəfindən "Dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satın alınması" üzrə müqavilə çərçivəsində günlərin və iştirakçı saylarının çox göstərilməsi ilə 69,625.70 manat artıq vəsait ödənilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ildən 1,874,999.98 manat xərc artıq tanınmışdır. "Digər tiplərə təqdim olunan avanslar və borc vəsaitləri" maddəsində 421,969.0 manat, "Pul vəsaitlərinin hərəkatı haqqında hesabat"da "Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədli pul vəsaitlərinin ödəmələri" maddəsində isə 2022-ci il üzrə 426,493.49 manat, 2023-ci il üzrə 364,119.0 manat məbləğləri artıq təqdim olunub.

Mənəvi Dəyərlərin Təbliği Fonduna 2022-ci ildə xərcləri silinmiş 266,940.0 manat, 2023-cü ildə isə 209,804.0 manat dəyərində olan "Maarifləndirmə xarakterli filmlərin və sosial video çarxlarının" "Sair uzunmüddətli qeyri-maliyyə aktivləri" hesabında uçota alınması və illik maliyyə hesabatlarına müvafiq düzəlişlərin edilməsi barədə göstəriş verilmişdir. Eyni zamanda, Fond tərəfindən inventarizasiya zamanı artıq qalıq müəyən edilmiş dəyəri 13,495.65 manat olan 10 adda ehtiyatın müvafiq hesablarda uçota alınması, əskik qalmış ilkin dəyəri 50,152.50 manat olan 32 adda avadanlığın qalıq dəyərinin müəyən edilməklə, 59,877.32 manat dəyərindəki 42 adda ehtiyatın dəyərinin dövlət büdcəsinə bərpa edilməsi tapşırılmışdır.

Qeyd edilən bəzi qərarların icrası təmin edilib və bəzilərinin isə icrası izlənməsi davam edir. Həmçinin, Hesablama Palatası tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi ilə bağlı auditi aparılan dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, hazırda Milli Məclisin deputatı olan Mübariz Qurbanlı idi.

Xalq.az

ÖNCEKİ HABER

"İnkişafda olan gənclər üçün enerji içkiləri təhlükə!"

SONRAKİ HABER

Gömrük Orqanları 6,6 Milyard Vəsait Topladı!