Azərbaycan-Vyetnam: Yeni Strategiya və İnvestisiyalar

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada da tanınmaqdadır

Prezident Ilham Əliyevin Siyasəti və Azərbaycan-Vyetnam Əlaqələri

Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində Azərbaycan yalnız regionda deyil, dünya miqyasında tanınmaqdadır. Regionda və bir sıra dünya dövlətləri ilə qurulan siyasi, iqtisadi, hərbi və mədəni əlaqələr, imzalanan anlaşma memorandumları bunun əyani sübutudur. Son bir neçə gündə Çin və İran kimi dövlətlərin ardından, indi də Vyetnamla bir çox sahədə qurulan əlaqələr və anlaşma memorandumları Azərbaycanın beynəlxalq arenada güclü yer tutduğunu göstərir. Vyetnamın, Azərbaycanla siyasi müstəvidə münasibətləri gücləndirməkdə maraqlı olduğu diqqət çəkir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci il mayın 7-də Azərbaycan səfəri zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında birgə bəyanat xüsusi önəm kəsb edir. Bu bəyanat, gələcək əlaqələrin hər iki tərəf üçün güclü və etibarlı bir zəmin yaratdığını bildirir. Hər iki dövlətin energetika sahəsində qarşılıqlı maraqlarını ifadə etməsi və bu sahədə anlaşma memorandumunun imzalanması, qarşılıqlı investisiya qoyuluşu ilə bağlı danışıqların aparılması, gələcəkdə hər iki dövlət üçün iqtisadi inkişaf platforması vəd edir. Beləliklə, enerji sahəsində daha çox ticari formada olan münasibətlərin qarşılıqlı investisiya qoyuluşu formatında irəliləməsi, Vyetnamla Azərbaycan əlaqələrinin daha da güclənməsini bildirir.

İnvestisiyalar və Ticarət Əlaqələri

Vyetnamın Azərbaycanda enerji sahəsində investisiya qoyması ilə yanaşı, Azərbaycan şirkətləri də Vyetnamın neft sektoruna investisiya yatıracaq. Prezident İlham Əliyevin dediyi kimi, Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və ya digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Hal-hazırda Azərbaycanla Vyetnam arasındakı ticarət dövriyyəsi əsasən Azərbaycanın Vyetnama neft satışı üzərində cəmləşir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla görüş zamanı, Prezident Əliyev Vyetnamı Azərbaycandakı investisiya şəraiti və mövcud imkanlarla bağlı məlumatlandırmağı, ticari balansın yalnız neft satışından asılı olmamalı olduğunu vurğuladı. Eyni zamanda, Vyetnam rəhbərliyinə ölkəmizdə bərpa olunan enerji sahəsinə investisiya qoyması da təklif olundu. Hər iki dövlətin müdafiə sənayesinin inkişaf etməsi və bu sahədə birgə işlərin görülə biləcəyi də qeyd olundu. Azərbaycanla Vyetnam qlobal siyasi sferada da birgə hərəkət edir və bir-birini qarşılıqlı dəstəkləyirlər. Vyetnam həmçinin Azərbaycanla Qoşulmama Hərəkəti çərçivəsində də birgə fəaliyyətdədir.

Gələcək Perspektivlər

Vyetnamın Azərbaycanla bir çox sahədə əhəmiyyətli sənədlər imzalaması, iki dövlət arasında gələcəkdə daha geniş ticarət dövriyyəsindən və siyasi dəstəkdən danışmaq imkanı yaradır. İstər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizləri vasitəsi ilə ticarət əlaqələrinin gücləndirilməsi, iki dövlət arasında uzaq məsafənin əngəl olmayacağını və bir çox sahələrdə əlaqələrin daha da genişlənəcəyini göstərir. Bu səbəblə, Azərbaycan və Vyetnam arasındakı münasibətlər regionda və qlobal miqyasda daha da dərinləşəcək, iki dövlətin birgə inkişafı üçün yeni imkanlar yaradacaqdır.

Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru

ÖNCEKİ HABER

"İşsiz qalan İmran Məmmədovun çarəsizliyi"

SONRAKİ HABER

"S?rurda xəstəxana rəhbərliyindən sui-istifadə"