İmişli rayonunda 9 may tədbirləri zamanı SSRI bayrağı qaldıran və “Georgi lenti” taxan rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovla bağlı yeni iddialar ortaya çıxmaqdadır. Xalqın əldə etdiyi məlumata görə, Saleh Səmədov İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsində olduğu müddətdə “Azərişıq” ASC-nin vəzifəli işçisi olub. Hazırda onun “Azərişıq” ASC “Aran” RETSİ-nin Təmir-tikinti işləri üzrə rəis müavini olduğu iddia edilir.
Bəzi media qurumlarında Saleh Səmədov haqqında yayımlanan materiallarda, onun “Azərişıq” ASC-nin “Aran” RETSİ-də vəzifəli məmur olduğu görünmür. Lakin apardığımız kiçik bir araşdırmada fakt öz təsdiqini tapdı. İmişli rayon Ağsaqqallar Şurasının rəsmi saytında 12.11.2024-cü il tarixində “Azərişıq” ASC sədri Kamil Hüseynov Saleh Səmədovu doğum günü münasibətilə təbrik edib. Həmin təbrikdə Saleh Səmədovun vəzifəsi İmişli rayon Ağsaqqallar Şurasının sədri və “Azərişıq” ASC “Aran” RETSİ-nin Təmir-tikinti işləri üzrə rəis müavini kimi göstərilib.
Bildirilir ki, Saleh Səmədov ciddi imkanlara sahib məmurlardan biridir. İmişli rayonunda “Kral Saray” adlı şadlıq sarayı, “Kral” çay evləri, “Kral” hamamı, uşaq bağçası, çörək sexi, spirt-sirkə zavodu, hipermarketi, kolbasa sexi, mal-qarası və donuz ferması, eyni zamanda 20 hektar ərazini əhatə edən istixana fəaliyyətini həyata keçirir. Hətta məmurun paytaxtda da villa, market, restoranı olduğu bildirilir.
Xalqın verdiyi məlumata görə, Saleh Səmədovun “Aran” RETSİ-nin təmir-tikinti işləri üzrə rəis müavini vəzifəsinə “Azərişıq” ASC sədri Kamil Hüseynovun köməkliyi ilə təyin edildiyi iddia edilir. Saleh Səmədovla Kamil Hüseynovun yaxın münasibətlərinin olduğu vurğulanır.
İmişli rayonunda Saleh Səmədova məxsus "Kral hamamı"nın hovuz inşaatı işlərində “Atlas Poll” şirkətinin işçilərinin pulunun yarısını verməkdən imtina etdiyi ilə bağlı iddialar ortaya çıxıb. İşçilər pullarını tələb etdikdə, Saleh Səmədova və aidiyyatı qurumlara müraciət etmələri ilə bağlı dəfələrlə bildiriş edilsə də, sonda onlara ödəniləcək vəsait verilmişdir. Bu məsələ ilə bağlı daha ətraflı məlumat digər xəbərlərimizdə dərc olunacaq.
Özəlliklə də qeyd edək ki, Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Məlumatda bildirilir ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib. Bu iclasda şuranın adına ləkə gətirən hərəkətləri yol verdiyinə görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsinə və eyni zamanda Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması ilə bağlı qərar qəbul edilib.
"Saleh Səmədovun İmişlidəki İddiaları və İstifadəsi"
İmişli rayonunda 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran və “Georgi lenti“ taxan rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovla dünən vəzifəsindəna azad olunsada, onun haqqında yeni ilginc iddialar ortaya çıxmaqdadır