Azerbaycanda bu ildən etibarən "Ailə Məcəlləsi"ndə nikah yaşı 18 yaş olaraq müəyyən edilib. Bu dəyişiklikdən əvvəlki istisnalar ləğv olunub. Lakin statistikalar göstərir ki, erkən nikahlarla bağlı vəziyyət ürəkaçan deyil. Hər il 18 yaşdan aşağı olan analar tərəfindən doğulan uşaqların sayı, erkən evliliklərin sayını müəyyən edir. 2024-cü ildə 18 yaşında analar tərəfindən 1279 uşaq dünyaya gətirilib ki, bu da 2023-cü ildən azalma deməkdir, çünki 2023-cü ildə erkən nikah nəticəsində doğulan uşaqların sayı 1742 olmuşdu.
?n çox hansi rayonlardadir?
İqtisadi rayonlar arasında Mərkəzi Aran iqtisadi rayonu 167 uşaqla siyahıya başçılıq edir. Bu rayonda 18 yaşına çatmayan qadınlar tərəfindən Yevlaxda 71, Kürdəmirdə və Ucarda isə hər biri 24 uşaq dünyaya gəlib. Qarabağ iqtisadi rayonu 164 uşaqla ikinci sıradadır. Burada ən çox doğum Ağcabədi (55 uşaq) və Bərdədə (43 uşaq) müşahidə olunub. Qazax-Tovuz iqtisadi rayonunda 18 yaşında analar tərəfindən 163 uşaq qeyd edilib. Şəmkir rayonu burada 69 uşaqla fərqlənir. Bundan əlavə, Gədəbəydə 37, Tovuzda 30 uşağın anası 18-dən aşağıdır.
Lənkəran-Astara iqtisadi rayonu 160 uşaqla dördüncü yerdədir. Bu rayonda ən çox doğum 80 uşaqla Cəlilabad və 30 uşaqla Masallı rayonlarındadır. Mil-Muğan iqtisadi rayonu da 141 erkən doğumla ilk beşliyi tamamlayır. Sabirabad rayonunda erkən nikah nəticəsində 61, İmişlidə isə 37 uşaq dünyaya gəlib.
?n asagi göst?ricil?r
Sərqi Zəngəzur iqtisadi rayonu 28 uşaqla ən aşağı göstəriciyə sahibdir. Burada ən yüksək rəqəm Kəlbəcərdədir, burada 14 uşaq 18 yaşına çatmamış ana tərəfindən dünyaya gəlib. Digər rayonlarda isə rəqəmlər 2-5 arasında dəyişir. Abşeron-Xızı iqtisadi rayonu 30 uşaqla ikinci ən aşağı göstəriciyə sahibdir. Bu regiona daxil olan Abşeron rayonunda 18, Sumqayıtda 8, Xızıda isə 4 uşaq erkən nikah sonrası dünyaya gəlib. Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında da göstəricilər nisbətən aşağı səviyyədədir - 18 yaşına çatmamış analar tərəfindən dünyaya gətirilən uşaqların sayı müvafiq olaraq 40 və 39 uşaq olaraq dəyərləndirilir.
Naxçivan Muxtar Respublikası
Naxçivan MR-da 49 uşaq 18 yaşına çatmayan valideynlər tərəfindən dünyaya gətirilib. Naxçivan, Culfa və Şahbuzda erkən nikah halı qeydə alınmayıb. Region üzrə ən yüksək göstərici 24 uşaqla Sədərəkdir, ən az göstərici isə 4 uşaqla Babəkdir. Bundan əlavə, Ordubad və Sədərəkdə 6, Kəngərli rayonunda isə 9 uşaq erkən evlilikdən dünyaya gəlib.
Bakı şəhəri
2024-cü ildədə 20 448 paytaxt sakini dünyaya gəlib ki, onların 78-i erkən doğum faktı olaraq qeyd edilib. Bu göstərici Gəncə şəhərində də 17-dir ki, bu da paytaxtdan sonra ən yüksək nəticələrdəndir.
Modern.az