"Azərbaycanda Türkiyə-Pakistan Zirvə Görüşü"

Mayın 28-də Liderlərin - Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Laçın Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sabitliyin təmin olunması baxımından simvolik əhəmiyyət daşıyır

Laçın Beynəlxalq Hava Limanı Açılışı və Üçtərəfli Zirvə Görüşünün Simvolik Əhəmiyyəti

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan və Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərif bir araya gəlmişdir. Bu görüş, Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli əməkdaşlığının inkişafı və Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi baxımından simvolik əhəmiyyət daşıyır.

Zirvə görüşündə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunmuşdur. İlham Əliyev açılış nitqinə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü qeyd etməklə başlamışdır. O, bu günün müsəlman dünyasında ilk demokratik respublikanın qurulması kimi böyük tarixi bir hadisə olduğunu vurğuladı.

Ölkə rəhbəri, Azərbaycanın müstəqilliyinin qısa müddətdə pozulması, xarici təzyiqlər və işğallarla üz-üzə qalmış xalqının mübarizəsinin simvolu olduğunu qeyd etdi. Bu, həmçinin Azərbaycanın keçmişdəki ədalətsizliklərə və itkilərə qarşı mübarizəsinin, iradəsinin və qardaş xalqların dəstəyinin gücünü ifadə edən bir ideoloji mesaj idi.

Prezident İlham Əliyev Laçında keçirilən yüksək səviyyəli tədbirin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpasında və beynəlxalq əməkdaşlığın inkişafında simvolik əhəmiyyət daşıdığını qeyd edərək, üç liderin bir araya gələrək daima yeni dünya miqyasında reallıqlar yaratdıqlarını vurğuladı. "Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik", - deyə əlavə etdi.

Dövlət başçısı, oblastlarda həyata keçirilən bərpa və quruculuq işlərindən də söz açdı. Laçın, Şuşa, Füzuli, Zəngilan, Qubadlı və digər bölgələrdə həyatın canlandığını, yeni xəstəxanalar, məktəblər, hava limanları, yollar və tunellərin inşa edildiyini bildirdi. "Minlərlə insan doğma yurduna qaydır", - dedi İlham Əliyev.

Eləcə də, Prezident qeyd etdi ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub və Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edərək, Laçında keçirilən bu mühüm tədbirdə iştirak etməsinin öz üçün böyük şərəf olduğunu bildirmişdir. O, Azərbaycanın 30 illik işğala son qoyaraq Qarabağı azad etməsini böyük tarixi uğur kimi dəyərləndirmiş, şəhidlərin xatirəsini andığını qeyd etmişdir.

Zirvə görüşündə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulamış və Laçın görüşünün Türk dünyasının gücünü və birliyini bir daha dünyaya nümayiş etdirdiyini qeyd etdi. Üç qardaş ölkənin liderləri birgə layihələr, siyasi əməkdaşlıq və iqtisadi tərəfdaşlıqla yeni bir inteqrasiya mərhələsinə qədəm qoyduqlarını təsdiq etdilər.

Yasasin Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

Afət Camalova,
Mehdiabad qəsəbəsi 3 nömrəli tam orta məktəbin direktoru

ÖNCEKİ HABER

"Dövlət Tibbi-Sosial Agentliyə yeni sədr müavini təyin olundu"

SONRAKİ HABER

"Saleh Səmədov 4 aylıq həbs cəzası aldı"