"Sumqayıt Dövlət Universitetində Satınalma İddiası"

Sumqayıt Dövlət Universiteti tərəfindən 30 aprel 2025-ci il dəftərxana və təsərrüfat mallarının satınalınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda Bakı şəhəri, Suraxanı ray, Hövsan ŞTQ, Hövsan yolu ev 21B m 3 ünvanında qeydiyyatda olan “Rigel təchizat” MMC (VÖEN: 1906342611) qalib elan olunmuş və 94 834,37 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub

Sumqayit Dövl?t Universiteti tərəfindən 30 aprel 2025-ci il tarixində dəftəxana və təsərrüfat mallarının satın alınması ilə bağlı dərc edilmiş kotirovka sorğusunun qalibi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan STQ, Hövsan yolu ev 21B m 3 ünvanında qeydiyyatda olan “Rigel Təchizat” MMC (VÖEN: 1906342611) elan olunmuşdur. Alınmış müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumatlar satınalmalar portalında 03.06.2025-ci ildən dərc edilib.

Sözügedən müəssisə, “Rigel Təchizat” MMC-nin 03.04.2025-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan STQ, Hövsan yolu, ev.21B, m.M3, qanuni təmsilçisi isə Elmar İlqar oğlu Sadıqov kimi qeyd olunub. Eyni zamanda, aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, “Rigel Təchizat” MMC Sumqayit Dövlət Universiteti tərəfindən keçirilən kotirovka sorğusundan cəmi 27 gün əvvəl dövlət qeydiyyatına alınmışdır.

Maraqlıdır ki, kotirovka sorğusundan cəmi bir ay əvvəl yaradılmış bu MMC-nin satınmalarda iştirakına hansı hallarda yol verilir və MMC-nin fəaliyyəti ilə Nazirlər Kabinetinin qərarları uyğunluq təşkil edirmi? Sumqayit Dövlət Universitetinin Satınalma Komissiyası “Rigel Təchizat” MMC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə hansı kateqoriyaya aid edilməsini, “Şərtlər toplusunun nümunəvi forması”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 503 nömrəli Qərarı ilə müəyyən edilmiş Forma 3 (Texniki baza), Forma 5 (Təchizatçı haqqında) və Forma 7 (Oxşar işlər üzrə təcrübə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarlarını nəzərə alıbmı?

Qeyd edilməlidir ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilmişdir. Bu qanunun 23.3-cü maddəsində lisenziya və icazələr, 23.5.1-də müvafiq sahədə peşəkarlığın olması, 23.5.5-də isə işçi qüvvəsinin olmasına dair tələblər sadalanır. Lakin görünür ki, Sumqayit Dövlət Universiteti kotirovka sorğusu müsabiqəsində “Rigel Təchizat” MMC-nin bir çox uyğunluq göstəricilərini nəzərə almayaraq satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqinda” Qanunun tələblərinin pozulması deməkdir.

Bu məlumatlardan da anlaşılır ki, Sumqayit Dövlət Universiteti ilə “Rigel Təchizat” MMC arasında bağlanmış satınalma müqaviləsində təchizatçı şirkətin müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, habelə müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması nəzərə alınmamışdır. Bu da keçirilmiş kotirovka prosedurunda saxtakarlıq halları ilə bağlı ciddi şübhələr yaradır.

Xüsusilə qeyd edilməlidir ki, Sumqayit Dövlət Universitetinin rektor əvəzi Eminaga Sadıqovdur. O, bu vəzifəyə 12 fevral 2025-ci ildən gətirilmişdür. Daha əvvəl isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini olmuşdur.

ÖNCEKİ HABER

"Planeta şirkətinin vergi borcu 677 min AZN!"

SONRAKİ HABER

Nərimanovda qanunsuz tikintilərə gizli dəstək!