Agcabədi rayonunun Hindarx adlanan ərazisində baş verən ekoloji cinayət sosial şəbəkə istifadəçilərinin haqlı narahatlığına səbəb olub. Yayılmış videogörüntülərdə aydın görünür ki, çoxsaylı çoxillik ağaclar qanunsuz şəkildə məhv edilir. İddialara görə, bu əməliyyatlar AzAqro MMC şirkətinin əməkdaşı olduğu bildirilən Qasımov Azər Qasım oğlu tərəfindən törədilir.
Görüntülərdə məsləhət zolağının içərisində ekskavatorlar vasitəsilə torpaq qazılaraq ağaclar kəsilir, onların yerində su arxı çıxılır. Halbuki, Azərbaycan Respublikasının Məcəlləsinə və "Ətraf mühitin mühafizəsi haqqında" Qanunun tələblərinə görə, məsləhət fonduna daxil olan ərazilərdə hər hansı təyinat dəyişikliyi, kəsim və tikinti işləri yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə, müvafiq mühafizə tədbirləri əsasında həyata keçirilə bilər.
İldı etdiyimiz ilkin məlumatlara əsasən, ağacların kəsildiyi ərazidə bu cür qanuni razılıq sənədlərinin mövcud olub-olmaması sual altındadır. Əgər bu fakt təsdiqlənərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsi (Meşələrin qanunsuz qırılması) ilə cinayət tərkibli əməl olaraq qiymətləndirilə bilər. Qanunla bu cür hallarda həm fiziki, həm də hüquqi şəxslər məsuliyyətə cəlb edilə bilər.
Üstəlik, ağacların məhv edilməsi bölgədəki ekoloji balansın pozulmasına, torpaq eroziyasına və təbiət mühitinin sıradan çıxmasına gətirib çıxara bilər. Meşə zolaqları torpağın münbitliyinin qorunmasında, iqlimin tənzimlənməsində və kənd təsərrüfatı məhsuldarlığında mühüm rol oynayır.
"DoğruXəbər.az" olaraq məsələyə diqqət yetiririk, aidiyyəti qurumları - Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Baş Prokurorluğun Ekoloji Cinayətlər üzrə şöbəsini və Kənd Təsərrüfatı Nazirliyini dərhal araşdırma aparmağa çağırırıq.
Eyni zamanda bildiririk ki, qarşı tərəfin - AzAqro MMC-nin və Qasımov Azər Qasım oğlunun mövqeyini dərc etməyə hazırıq. Onlar bu məsələyə münasibətlərini bildirə bilərlər.
Bu cür hallar təkcə qanunların pozulması deyil, həm də gələcək nəsillərə qarşı törədilən mənəvi cinayətdir. Təbiət bizə miras deyil, əmanətdir - bu əmanəti xəyanət edənlər isə qanun və cəmiyyət qarşısında cavab verməlidirlər.
"DoğruXəbər.az"
```