Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi "Mərcan" klinikasında həyata keçirilən ölüm faktına dair plandankənar yoxlamanın nəticələrini açıqlayıb.
Hazırda "Mərcan" klinikasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən Analitik Ekspertiza Mərkəzində xüsusi işçi qrup yaradılıb. Bu qrup "Mərcan" klinikasında plandankənar yoxlama həyata keçirib. Yoxlamalar zamanı mərkəzdən bildirilib ki, daha əvvəl aparılmış yoxlamalar zamanı aşkar edilmiş qanun pozuntuları səbəbindən "Mərcan" klinikasının cərrahiyyə əməliyyatları aparmaq hüququ dayandırılıb, yəni lisenziyasının fəaliyyəti məhdudlaşdırılıb. Lakin plandankənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının hələ də davam etdiyi müəyyən edilib.
Bu hadisə ilə bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilib və aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunub. İXM-in 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibbi fəaliyyətin həyata keçirilməsinə görə:
‒ fiziki şəxslər 300 manatdan 500 manatadək,
‒ vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
‒ hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləgdə cərimə edilə bilər.
Bundan əlavə, yoxlama zamanı həkim Nigar Məmmədovanın müvafiq sertifikasiyadan keçmədən plastik cərrah fəaliyyəti göstərdiyi fakti də aşkar edilib. Bu faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib olunub və müvafiq orqanlara təqdim edilib.
İXM-in 215.4-cü maddəsinə əsasən, sertifikasiyadan keçməyən şəxslərin praktik tibbi və ya iczaçılıq fəaliyyətinə buraxılmasına görə:

Məlumatda qeyd olunub ki, baş verən ölüm faktı hüquq-mühafizə orqanlarının araşdırma səlahiyyətindədir və bu məsələ müvafiq qaydada həmin qurumlar tərəfindən araşdırılır.

Qeyd edək ki, Rusiya vətəndaşı olan 37 yaşlı Arzu Sadiqova "Mərcan" klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.
Bu barədə ilk məlumatı Teleqraf.com yayıb.