Bir neçə gün öncə ADY-nin Infrastruktur Departamentinin 1 nömrəli ismarı vermə və rabitə sahəsində növbəti insident baş vermişdir. Vəziyyət o dərəcəyə çatmışdır ki, bir xanım əməkdaşın səhhəti pisləşmişdir. Bu hadisə ciddi narahatlıq doğurur, çünki neçənci dəfədir belə bir qalmaqal eşidirik. Aldığımız məlumata görə, bu cür hallar sahədə artıq adi hala çevrilmişdir və xüsusilə Qazınfır Abdulazimovun ismarı vermə və rabitə xidmətinin rəis təyin olunmasından sonra əməkdaşlara qarşı açıq-askar təzyiq mühiti yaranmışdır.
Xalq-ın məlumatına görə, iki ay əvvəl də oxşar hadisə baş vermişdi. İki ay öncə 1 nömrəli ismarı vermə və rabitə sahəsində işçilərin zorla işdən çıxarılması barəsində məlumat vermişdik. O zaman ADY-dən bu məlumatı təkzib etmişdilər. Lakin iki aydan az vaxt keçməkdədir ki, sahənin rəisi Elxan İsmayilov və həmin sahədə qeyri-qanuni fəaliyyət göstərən Almaz Əliyeva tərəfindən yenidən işçilərə öz ərizələri ilə işdən çıxmaları üçün təzyiqlər göstərilməyə başlanmışdır.
ADY-dən verilən məlumatda deyilir ki, “12 iyun 2025-ci il tarixdə, saat 10:00 radələrində sahənin rəisi Elxan İsmayilov sahənin bir xanım əməkdaşını (adını hələki açıqlamırıq) öz otagina çagiraraq ondan öz ərizəsi ilə işdən çıxmağı tələb edib. Xanım, təbii ki, ondan bu tələbini əsaslandırmağı, və rəsmi sənəd təqdim etməyi tələb edib. İsmayilov bildirib ki, bu ismarı vermə və rabitə xidmətinin rəisi Qazınfır Abdulazimovun tapşırığıdır, lakin heç bir rəsmi sənəd yoxdur “yaz ərizəni, çıx işdən, vəssalam”. Xanım, təbii ki, buna etiraz edib və bu təklifi qəbul etməyib. Belə olduqda, Elxan İsmayilov kömək üçün Almaz Əliyevəni çağırıb.
Qeyd etdiyimiz ki, Almaz Əliyeva sahədə insan resursları şöbəsinin əməkdaşı kimi çalışıb, lakin törətdiyi korrupsiya əməlirinə görə vəzifəsindən azad edilib. Lakin, Qazınfır Abdulazimov ona şərait yaradıb ki, o yenə insan resursları əməkdaşı kimi qeyri-qanuni fəaliyyət göstərsin. Beləliklə, İsmayilov onu çağıraraq qadın əməkdaşa ərizə yazdırmağı tapşırıb. Əliyeva qadını öz otagına apararaq qabağına ərizə blankı qoyub ki, “yaz ərizəni, işdən çıx”. Xanım bundan imtina etsə də, Əliyeva ondan qışqırıb, “mənim blanklarımı niyə korlayırsan, yaz ərizəni, çıx get” demişdir.
Bu təzyiqlərə dözə bilməyən qadının səhhəti Almaz Əliyevanın otağında pisləşmiş və o Əliyevaya xəbərdar edib ki, bir müddətdən sonra bir iş görsə, bunun təqsirkarlari Almaz Əliyeva və Elxan İsmayilov olacaqlar. Bundan sonra Əliyeva məcbur qalib qadını buraxıb, lakin xəbərdar edib ki, onu yenidən çağıracaq.
Azərbaycan Respublikası İş Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində görə, “İşəgötürən tərəfindən zor işlədilərək, həd-qorxu gəlib, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.” Lakin, ADY-nin Infrastruktur Departamentinin 1 nömrəli ismarı vermə və rabitə sahəsində bu qanunlara məhəl qoyulmur. Almaz Əliyeva kimi, korrupsiya əməlirini törətmiş adam üçün, əmək qanunvericiliyini pozmaq nədir ki, su içmək kimi bir şeydir.
Qeyd etmək istəyirik ki, qadın əməkdaşın yaşadığı ağır stress və mənəvi travmanı nəzərə alaraq onun adını açıqlamırıq. Lakin bu vəziyyət təkcə fərdi məsələ deyil, bu, müəssisə daxilindəki idarəetmə mühitinin ciddi şəkildə pozulduğunu göstərir. İşçiləri işdən çıxarmaq məqsədi ilə, onlara qarşı qeyri-rəsmi başqı siyasəti həyata keçirilir. Sahədə işçilərə qarşı bu cür mənəvi başqı halları artıq sistematik bir problemə çevrilib. ADY-nin Infrastruktur Departamentinin rəhbərliyindən xahiş edirik ki, bu cür hallara son qoyulsun və əməkdaşlara qarşı açıq-askar diskriminasiya və təzyiq siyasətinə qarşı ciddi tədbirlər görülsün.
Adları keçənlərin mövqeyini dərc etməyə hazırıq.
Xalq-
```