"4 ildən bəri tamamlanmayan bina hamını narahat edir"

“21 aya təhvil veriləcək” dedikləri binanın tikintisini 4 ilə yaxındır, bitirə bilmirlər”
21 aya t?hvil veril?c?k” dedikl?ri binanin tikintisini 4 ildir gedir, bitir? bilmirl?r.

Bu şikayəti "Qafqazinfo"ya Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3005-ci m?həllədə tikintisi gedən binadan mənzil alan vətəndaş Anar Musayev müraciət edib. Şikayətçinin sözlərinə görə, sifarişçi şirkət "Sərq İnşaat" MMC sözgedən layihəni 2020-ci ild təstiq etsə də, tikinti hələ də tam başa çatmayıb. Musayev bildirir ki, "Mənzili 2022-ci ild almışam, dedilər ki, 21 aya t?hvil verəcəklər. 4 ildir sadəcə birinci blok inşa edilib, binanın üstü bağlanmayıb. İş demək olar ki, getmir. Bir sözlə, təmir başa çatmayıb. Bu tikilən binanın yerində əvvəllər beşmərtəbəli binalar olub. İndi həmin vətəndaşlar da, biz də evsiz qalmışıq. Onlar kirayədə qalır, illərdir bu tikintinin bitməsini gözləyirlər. Evi ilkin olaraq 51 min manat ödəniş etmiştim, qalanını isə daxili kreditlə 2 ilə bitirdim. Adiçəkilin şirkətə ümumilikdə 106 min 250 manat pul ödəmişəm. Ancaq yaşamağa ev yoxdur."

A. Musayev, həmçinin şirkətin binaya qeyri-qanuni olaraq 2 mərtəbə əlavə etməsini də qeyd edir. O bildirib ki, "Layihəyə görə 1-ci blokun mərtəbə sayı 14, ikincininki isə 12-dir. Ancaq şirkət rəhbəri çalışır ki, binaya iki mərtə əlavə edilsin. Blok 1-də yaşayış 2-ci mərtəbədən sonra, ikidə isə 1-dən sonra başlayır. Bu uyğunsuzluq şirkətin məlumat lövhəsində də öz əksini tapıb. Elə bu səbəbdən də tikinti illərdir yarımçıq qalır. Aidiyyəti qurumlara müraciət etsək də, cavab yoxdur. İstəyirik ki, tez zamanda evimizə yerləşək."

Şikayətçinin iddialarını dəqiqləşdirmək üçün "Sərq İnşaat" MMC-nin rəhbəri Rafael Məmmədov ilə əlaqə saxladıq. Lakin o, ölkə xaricində olduğunu bildirərək suallarımızı cavabsız qoydu.

Bu məsələyə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə layihədən kənar tikinti faktı aşkar edilib: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində Bakı şehri, Nəsimi rayonu, 20 Yanvar küçəsində mövcud yaşayış binasının tikintisinə dair əvvəllər təsdiq olunmuş layihədən kənar tikinti fakti (mansard) aşkar edilib. Faktla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib." (Qafqazinfo)
ÖNCEKİ HABER

"Baku Elektroniks"ə Gömrük Cəriməsi: Məhkəmə Prosesi

SONRAKİ HABER

Vəkillər Kollegiyasının iclasında mühüm qərarlar qəbul edildi