Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" oyunçularını sevindirməyə davam edir. Bu dəfə "1001 Sevinc" adlı əşyə lotereyasının ilk tirajında cəmi 1 manata 5 şanslı qalib "iPhone 16 Pro Max (256 GB)" qazanıb. Qaliblər "Azərlotereya"nın YouTube kanalında canlı yayımda müəyyən olunub.
"1001 Sevinc" əşyə lotereyası oyunçulara cəmi 1, 2 və ya 5 manat qarşılığında bir-birindən müxtəlif qiymətli hədiyyələr qazanmaq imkanı yaradır. 1 manata alına bilən bilet ilə oyunçular smartfonlar, televizorlar, tozsoranlar, oyun konsolları və digər elektron məmulatlar qazana bilərlər. 2 manata isə notbuklar, səyahət kuponları, dəyərli hədiyyə kartları əldə etmək imkanı mövcuddur. Ən əsası, 5 manata "Toyota RAV4" avtomobilinə sahib olmaq şansı da vardır.
Lotereyada iştirak etmək üçün sadəcə Azerlotereya.com və ya Misli.az saytlarına daxil olub "1001 Sevinc" bölməsindən istədiyiniz əşya üzrə lotereya bileti almağınız kifayətdir. Hər bilet sizi onlarla hədiyyədən birinə daha yaxın edəcək.
Növbəti tiraj 14 iyul saat 21:00-da "Azərlotereya"nın YouTube kanalında canlı keçiriləcək. Daha ətraflı məlumat üçün Azerlotereya.com rəsmi saytına daxil ola bilərsiniz.
```