Az öncə məlum oldu ki, İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib. Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə istehsalat-tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Hicran Əyyubova kimdir? O, bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistratura təhsilini isə Gəncə Dövlət Universitetində başa vurub. O, daha sonra ADA Universitetində ikinci magistratura təhsili alıb. 2006-2022-ci illərdə Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib, 2022-ci ilin dekabr ayından Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru olub. 2024-cü ilin mayında Tovuz Dövlət Sosial-Iqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadakı həmin vəzifəni icra edib.
Həmin dövrdə "Dia-az" bildirir ki, barəsində qalaq-qalaq ittihamların yer aldığı məlumatlar yayılsa da, nədənsə hörmətli Emin Əmrullayev cənabları bir nazir kimi nükdə səsli faktları araşdırmadı, əksinə Hicran Əyyubovaya tam sahib olaraq onu özünə daha da yaxın olan bir təhsil ünvanına rəhbər təyin etdi.
"Dia-az" olaraq, Əyyubova haqqında bir neçə gün əvvəl səsli ittihamı xatırladırıq. Aydın olurdu ki, Tovuz rayonu Məsədilər kənd sakini, təqaüdçü İbrahimov Akif Əli oğlu mətbuat üçün video müraciət paylaşıb. Onun müraciəti Tovuz Dövlət Sosial-Iqtisadi Kollecinin direktoru Hicran Əyyubova ilə bağlıdır. Belə ki, Akif İbrahimov video müraciətində iddia edir ki, kollecin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevə görə onun anası kollecin şöbə müdirinə 600 AZN, direktorun özünə isə 900 manat pul verib. İndi isə direktor Hicran Əyyubova bunu boynuna almır.
Akif İbrahimov müraciətində onu da bildirir ki, aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevin anası Xatirə Uğuzova əlavə olaraq, Hicran Əyyubovaya çatacaq qızıl üzük, 140 manat dəyərində şirniyyat və şokolad bağlamasını onun Lamiyə adlı müavininə verib. İndi direktor bunları inkar edir, Şəhriyar Quliyevin diplomunu almasında kömək etmir. Vəziyyəti beləcə görünən Xatirə Uğuzova DİN-in 102 çağrı mərkəzinə müraciət edib.
Olunan şikayətdən ehtiyatlanan Hicran Əyyubova tələbənin anasına zəng edərək, Şəhriyar Quliyevə diplom veriləcəyini bildirib, qarşılığında şikayətini geri götürməsini xahiş edib. Bütün bunlar hamısı deyil və yetərincə bu kimi faktlar var. İndi isə məlum olur ki, Əmrullayev Əyyubova ilə bağlı yeni təyinat qərarı verir. Bu fakt isə hörmətli Elm və Təhsil nazirimizin, əslində, rüşvətxorlara "stavka" etməsinin bariz nümunəsidir.
Nə deyə bilərik ki? Nazir odur... Amma nəzərə alınmalıdır ki, bütün bu iddia və faktları araşdırmalı olan, bu iddialara və ittihamlara hüquqi qiymət verməli olan qurumlar da var... Ki, nəhayət onlar bir gün tərpənə bilərlər...
Məsələ diqqətimizdədir...
Dia-az
```