"Sumqayıtın yaşıllaşdırılması: Müqavilə qalmaqalı"

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 09
Sumqayit Yasillasdirma Tenderi

Sumqayit şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yasillasdirma İdarəsi 09.07.2025-ci ildə iki açıq tenderin nəticələrini açıqlayıb. Yasilliklərin salınması işlərinin satın alınmasına dair açıq tender 04.04.2025-ci ildən başlayıb və 09.07.2025-ci ildə yekunlaşmışdır. Sumqayit şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yasillasdirma İdarəsi 108402 nömrəli müsabiqə üzrə “EKO FERMA AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 273.600 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Yasilliklərin salınması işlərinin satın alınmasına dair 17.04.2025-ci ildən başlamış açıq tenderdə YASILLASDIRMA İDARƏSİ 109503 nömrəli müsabiqə üzrə “SAFFIRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 243.434 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Göründüyü kimi, Sumqayitin Yasillasdirma İdarəsi üçün bir gün içində ümumi dəyəri 517.034 manat olan iki satınalma müqaviləsi bağlanmışdır.

Qeyd edək ki, bu Sumqayit şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yasillasdirma İdarəsi ilə “SAFFIRA PLUS” MMC arasında bu il bağlanan üçüncü satınalma müqaviləsidir. Yasilliklərin salınması işlərinin satın alınması üzrə “SAFFIRA PLUS” MMC ilə 293.820 manat dəyərində bir müqavilə 17.04.2025-ci ildən bağlanmışdır. Digər bir müqavilə isə 06.02.2025-ci ildən 263.966 manat dəyərində bağlanıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan aydın olur ki, Sumqayit şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yasillasdirma İdarəsi “SAFFIRA PLUS” MMC ilə 2023-2024-cü illərdə 8 satınalma müqaviləsi bağlanıb. Bu müqavilələrdən ikisi 2023-cü ildən, altısı isə 2024-cü ilə aiddir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslerin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFFIRA PLUS” (VÖEN: 6701559471) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı qeyd edilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Saatlı rayonu, İlisultanlı, ev 1, m. 23, qanuni təmsilçisi kimi Zeynalova Nurlana Şahin qızı göstərilib.

“SAFFIRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixli göstəricilərinə əsasən vergilər üzrə borcu yoxdur. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1,36 manat, icbari tibbi sığorta haqqı üzrə isə 0,12 manat borcu mövcuddur. MMC-nin 11.10.2024-cü il tarixdə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir. Bu isə onu deməyə əsas verir ki, “SAFFIRA PLUS” MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkar işçi qüvvəsi yoxdur.

Bəs, Sumqayit şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yasillasdirma İdarəsinin Satınalma Komissiyası tender prosedurunun keçirildiyi zaman MMC-nin satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəli işçilərinin olmasına dair sənədlərə baxış keçirərkən bunları görməyibmi? Aydındır ki, təchizatçı tərəfindən təqdim edilən işçi heyətinin ixtisaslarının uyğunluğu, şərtlər toplusunun tələbinə uyğun açılanmalıdır. Bu olmadıqda, satın alınan təşkilatın bunları tələb etmək və ya satınalmadan imtina etmək hüququ vardır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EKO FERMA AZƏRBAYCAN” (VÖEN: 1203022601) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.02.2022 il tarixdə Bakı şəhəri Lokal Güllər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. “EKO FERMA AZƏRBAYCAN” MMC, 17.01.2025-ci ildən Sumqayit şəhər İcra Hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinin yasılıqların və əlaqədar məhsulların satın alınması üzrə keçirilən tenderdə qalib gəlib və 255.000 manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, Sumqayit şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri Hüseyn Həsənovdur. Onun Sumqayit şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğlu olduğu bildirilir. Sumqayit şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yasillasdirma İdarəsinin rəhbəri uzun illər Azərbaycan Respublikasında Baş nazirin birinci müavini olmuş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olmuş Əli Həsənovun ixtisasca ingilis dili müəllimi olan qardaşı İlyas Həsənovdur.

Son üç il ərzində “SAFFIRA PLUS” MMC ilə Sumqayit şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında dəfələrlə yazılıb. Lakin nə Sumqayit şəhər İcra Hakimiyyəti, nə tabeliyindəki qurum, nə də digər əlaqədar təşkilatlar Sumqayitın yasillasdırılmasına ayrılan milyonlara və “SAFFIRA PLUS” məsələsinə aydınlıq gətirmirlər.

ÖNCEKİ HABER

"Rabitəbankın Depozitləri və Mənfəəti Düşdü!"

SONRAKİ HABER

"3500 manatla aldanan vətəndaşların şikayəti"