"TikTok: Yaradıcılıq və Təhlükəsizlik Prioritetdir"

Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcılıq üçün dostcasına və rahat mühitin formalaşmasına töhfə verir

TikTok Az?rbaycanda İcma T?hlük?sizliyi

Qisa videolar üzrə aparıcı platforma olan TikTok, Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcılıq üçün dostcasına və rahat mühitin formalaşmasına töhfə verir. TikTok, təhlükəsizliyi təmin etmək üçün müasir texnologiyalardan və dünyanın dörd bir yanındakı on minlərlə mütəxəssisdən istifadə edir. Platformada 24/7 rejimində aparılan moderasiya, İcma Qaydalarını pozan videomaterialları silir.

Şəffaflıq prinsipinə uyğun olaraq, TikTok hər rüb silinmiş kontentin miqdarını açıqlayır. 2025-ci ilin birinci rübündə Azərbaycanda İcma Qaydalarının pozulması səbəbindən:

  • İcma Qaydalarının pozulması səbəbindən bir milyondan çox video silinib.
  • Ümumi videoların 99%-i platforma tərəfindən proaktiv şəkildə, yəni onlara şikayət edilməzdən əvvəl aradan qaldırılıb.
  • Videoların 97%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda üç milyondan çox video silinib. Eyni zamanda, 2025-ci ilin birinci rübü üçün dünya üzrə, İcma Qaydalarının pozulması ilə bağlı:

  • 211 milyondan çox video silinib.
  • Videomaterialların 99%-i proaktiv şəkildə silinib.
  • Videoların 94,3%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib.

Bu dövr ərzində silinmiş ümumi məzmunun 87%-dən çoxu avtomatlaşdırılmış moderasiya texnologiyaları vasitəsilə silinib ki, bu da indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Bundan əlavə, TikTok-un moderasiya texnologiyaları canlı yayimlarda İcma Qaydalarını pozan məzmunun daha sürətli müəyyən edilməsinə kömək edib: birinci rübdə 19 milyon canlı yayım dayandırılıb ki, bu da əvvəlki rübə nisbətən 50% çoxdur.

TikTok Haqqında

TikTok, aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

ÖNCEKİ HABER

"Qazinin insasını sökdürən icra başçısına etiraz"

SONRAKİ HABER

Cəllabadın meşəsində baş verən yanğın: 1 zərərçəkən