Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması ölkə başçısı, cənab prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində olmuş və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir
Azərbaycan Mətbuatının İnkişafı
Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması, ölkə başçısı, cənab prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Dövlətimiz tərəfindən KİV-lərə birdəfəlik və aylıq maddi yardımlar göstərilmiş, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlər fəxri adlarla təltif edilmiş, dövlət başçısının sərəncamları əsasında yaşayış binaları tikilərək jurnalistlərin istifadəsinə verilmişdir.
Ulu Öndər Heydər Əliyev və Mətbuat
Mətbuata diqqət və qayğının əsası xalqımızın Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də sürətli inkişaf dövrü başlamışdır. Bütün bu diqqət və qayğının nəticəsi olaraq, 2001-ci ild ə Ulu Öndərimiz Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin Rəhbərliyi ilə İnkişaf
Hazırda Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş mətbuatın inkişafına dövlət qaygısı, bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməkdədir. Ölkə başçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı üçün hər bir şərait yaradılmışdır.
Azərbaycanda mətbuata diqqət və qayğının artırılması, kütləvi informasiya nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər mətbuat nümayəndələri tərəfindən də böyük məmnunluqla qarşılanır. Bu səbəbdən ölkə başçısı, cənab Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin Dostu" seçilmişdir.
Milli Mətbuatın 150 İlliyi
150 illik yubiley ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Bu sərəncama əsasən, milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsindəki töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur.
Jurnalistlərə Təşəkkür
Hörmətli mətbuat nümayəndələri, hər birinizi Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, sizlərə cansıxıcılıq və səmərəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Türkan Cümsüdova – YAP üzvü