Balakən Gömrüyündə Qanunsuz Fəaliyyət Halları
Azərbaycanda gömrük keçid məntəqələrində və postlarında qanunsuz fəaliyyət halları hələ də davam etməkdədir. Bu sahəni nəzarət etməli olan bəzi məmurlar, şəxsi maddi maraqları naminə qanunları pozaraq müxtəlif qanunsuz əmllərə imza atırlar.
Xüsusilə, Regional Gömrük İdarələrinin bəzi rəisləri qanunsuz fəaliyyətləri sistemli şəkildə həyata keçirir, müxtəlif şirkətlər və şəxslərlə əlaqəyə girərək maddi gəlir əldə edirlər. Bu fəaliyyətlər sırasında yük nəqliyyatında texniki normativlərin pozulması da xüsusi yer tutur. Bu əməl sahiblərindən biri kimi Balakən Gömrüyünün rəisi, gömrük polkovniki Kamran Yusifovun adı çəkilir.
Qanunların Pozulması
Bilinir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 104 nömrəli Qərarına əsasən, ölkə daxilində hərəkət edən nəqliyyat vasitələrinin maksimal hündürlüyü 4 metrdən artıq olmamalıdır. Bu həddi keçən nəqliyyat vasitələrinin xüsusi icazə olmadan hərəkəti qadağandır. Lakin indiki dövrdə bu qaydalar pozulur, sürücülərdən qeyri-qanuni ödənişlər alınaraq ölkə ərazisinə buraxılır.
Məlumata görə, Kamran Yusifovun göstərişi ilə ölkəyə minik avtomobillərini gətirən avtovozlara qarşı süni maneələr yaradılır, onların sürücülərindən qeyri-rəsmi ödənişlər tələb olunur. Gömrük postlarında avtovozların hərəkətini bilə-bilə çətinləşdirirlər və yalnız pul ödənildikdən sonra onların hərəkətinə icazə verilir.
Nazirliklərin Nəzəri
Balakən Gömrüyündə hündürlüyü normadan artıq olan iritutumlu yük avtomobillərinin ölkəyə buraxılması adi hal almaqdadır. Bu hallar da adətən maddi maraqlar fonunda baş verir. K. Yusifov əvvəllər Balakən rayonundakı Mazimqara gömrük postunun rəisi vəzifəsində çalışarkən də müxtəlif qanunsuz əmərlərlə yadda qalmışdır.
Daha maraqlısı odur ki, bu hallar barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun xəbəri olub-olmaması sual doğurur. Əgər məlumatlıdırsa, niyə tədbir görülmür? Əgər məlumatı yoxdursa, bu da ayrıca bir nəzarət boşluğudur.
Kargo Şirkətləri və Qanunsuz Ticarət
Məlumata görə, Kamran Yusifov ölkədə fəaliyyət göstərən 2 Kargo şirkətinə (dəqiqləşdirmə apardıqdan sonra, növbəti yazılarımızda adları barədə məlumat verəcəyik) himayəçilik edir. Hətta bu günlərdə bu Kargo şirkətlərindən biri vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin içərisində gömrük orqanlarına bəyan edilməyən dərman vasitələri qaçaq yolla ölkə ərazisinə keçirilərkən DGK-nin əməliyyat-İstintaq İdarəsi tərəfindən keçirilən əməliyyatla bu cəhdin qarşısı alınmışdır. Həmçinin, onun ölkəyə gətirilən karqo məhsulları, kosmetik və parfümeriya vasitələri üzrə də xüsusi himayəçilik həyata keçirdiyi deyilir.
Bütün bunlar göstərir ki, Balakən Gömrüyünün rəisi, gömrük polkovniki Kamran Yusifovun fəaliyyətində nöqsanlar var və onun fəaliyyəti nəzarətə götürülməlidir.
"DIA-AZ"