Daskışan Gənclərin Mərkəzi: İnnovasiya və İnkişaf

Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi bu gün regionun ən nümunəvi gənclər məkanlarından biri kimi tanınırsa, bu uğurun arxasında güclü rəhbərlik komandasının dayandığını qeyd etməmək olmaz
Daskəsən Gənclərin Təlim və İstirahət Mərkəzi, bu gün regionun ən nümunəvi gənclər mərkəzlərindən biri kimi tanınır. Bu uğurun arxasında güclü rəhbərlik komandası dayandığını qeyd etmək vacibdir. Mərkəzin direktoru Elşən Tagiyev, gənc yaşına baxmayaraq, 2022-ci ildən etibarən rəhbərlik etdiyi bu müəssisəyə yeni nəfəs, innovativ yanaşmalar və dinamik inkişaf gətirməyi bacarmışdır. Onun rəhbərliyi dövründə mərkəzdə həm infrastruktur baxımından, həm də təlim və təşkilatçılıq sahəsində böyük dəyişikliklər müşahidə olunmuşdur. Elşən Tagiyevin əsas hədəfi, Daskəsən kimi möhtəşəm təbiətə sahib bir rayonda yerləşən bu mərkəzi yalnız istirahət yeri deyil, eyni zamanda gənclərin maarifləndirilməsi, sosiallaşması və fərdi inkişafı üçün strateji platformaya çevirməkdir. Direktorun yaxın əməkdaşları – menecerlər Yasir Tagli və Firuz Bəsirov da bu inkişaf prosesində mühüm rol oynayırlar. Yasir Tagli, mərkəzin gündəlik fəaliyyətinin operativ və nizamlı şəkildə həyata keçirilməsinə nəzaret etməklə yanaşı, qonaqların rahatlığını təmin edən təşkilati məsələlərə xüsusi diqqət ayırır. Onun təcrübəsi və məsuliyyətli yanaşması, mərkəzin səmərəli idarə olunmasında özünü aydın göstərir. Digər menecer Firuz Bəsirov isə daha çox təlim, tədbir və proqramların planlaşdırılması, icrası və gənclərlə birbaşa ünsiyyət sahəsində fərqlənir. Onun təşəbbüsü ilə mərkəzdə bir çox maarifləndirici layihələr, sosial kampaniyalar və yaradıcı təlimlər həyata keçirilmişdir. Firuz Bəsirovun enerjili və motivasiyaedici yanaşması gənclər arasında xüsusi rəğbət qazanmışdır. Bu komanda sayəsində Daskəsən Gənclərin Təlim və İstirahət Mərkəzi, yalnız təbiətin gözəllikləri ilə deyil, həm də peşəkar idarəçilik modeli və yenilikçi yanaşmaları ilə seçilərək regionun gəncləri üçün cazibədar məkana çevrilmişdir. Daskəsən rayonunun füsunkar təbiət qoynunda yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzi həm istirahət, həm də inkişaf üçün ideal məkandır. Mərkəz, il boyu ölkənin müxtəlif bölgələrindən gələn qonaqları qonaqpərvərliklə qarşılayaraq onların həm rahatlığını, həm də maarifləndirilməsini təmin edir. Mərkəzin əsas üstünlüklərindən biri innovativ yanaşmalarla təşkil olunmuş təlim proqramlarıdır. Burada gənclərin şəxsi inkişafı, komandada işləmə bacarığı və sosial məsuliyyət mövzularında təlimlər müasir formatda keçirilir. İnteraktiv metodlardan istifadəsi gənclərin prosesə aktiv qatılmasını və öyrəndiklərini real həyatla əlaqələndirməsini təmin edir. Sərin dağ havası, ətrafı əhatə edən yaşıllıqlar və gözoxşayan mənzərələr, mərkəzin yerləşdiyi ərazini ideal istirahət məkana çevirir. Təbətlə təmasda olmaq istəyənlər üçün yürüş marşrutları, açıq hava tədbirləri və sakit guşələr yaradılmışdır. Bir sözlə, bura gələn hər bir qonaq, Elşən Tagiyevin rəhbərliyi altında, o cümlədən səmimi və peşəkar personalın xidmətindən razı qalır.
ÖNCEKİ HABER

"Lisenziyasız Stomatoloq: Sağlamlığa Təhlükə!"

SONRAKİ HABER

Bakı və Abşeronda günəşli, isti hava gözlənilir!