Hesablama Palatası, Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntuları aşkarlayıb. Bu barədə Palata məlumat yayıb. Məlumata görə, bu, Palatanın apardığı audit zamanı üzə çıxıb. Audit nəticəsində aşağıdakı əsas nöqsanlar aşkarlanıb:
Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda Agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib. Bu, maliyyə idarəçiliyi baxımından ciddi bir problem olaraq qiymətləndirilir.
Azərbaycan Dövlət Turizm Agentliyi haqqında əsasnamədə Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrə mütəxəssis (kadr) hazırlanması nəzərdə tutulmadığı halda, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın IMC KREMS Tətbiqi Elmlər Universiteti arasında IMC Transmilli proqramın tərtibi və həyata keçirilməsi ilə bağlı bağlanılmış müqavilələrə əsasən 2021-2023-cü illərdə ümumilikdə 899,5 min manat büdcə vəsaiti ödənilib.
Audit dövründə əhəmiyyətli sayda əməliyyatları əhatə edən 330 min manat məbləğində vəsaitlər vahid büdcə təsnifatının tələblərinə əməl edilməyərək funksional və iqtisadi təsnifatın paraqrafları üzrə xərclənməmişdir. Bu, büdcə şəffaflığına və müsadirə olunmuş vəsaitlərin düzgün istifadəsinə ciddi ziyan vurur.
Qoruqları İdarəetmə Mərkəzinin müvafiq 4 qorugunun ərazilərində toplanmış zibil, xəzəl, mis təmizlik tullantılarının yığılması, daşınması, ərazilərin süpürülməsi, ağacların əkilməsi, budanması və sair işlərin həyata keçirilməsi ilə bağlı satınalma müqavilələri bağlanılaraq həmin qurumların vəsaitləri hesabına aparılmalı olduğu halda Agentlik auditlə əhatə olunan dövr ərzində 835,5 min manat məbləğində vəsait ödəyib. Bu da büdcə vəsaitlərinin planlı və dayanıqlı istifadəsinə ziddir.
Agentlik “Azərbaycan Turizm Bürosu” və “Qoruqların İdarəetmə Mərkəzi”nə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsini, bu müraciətlərin müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18,5 milyon manat məbləğində büdcə vəsaitinin ilin sonunda tabelikdəki qurumlara köçürülmək ilə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarının vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınmasını sübut edir. Bu, büdcə balansının pozulmasına səbəb olan bir vəziyyətdir.
“Büdcə sistemi haqqında” qanunun tələblərini pozan Agentlik vəsaitlərin akkreditiv hesablarda saxlanılmasına yol vermiş, bəzi hallarda vəsaiti büdcəyə qaytarmamışdır. Akkreditiv hesablarda saxlanılmış vəsaitin 3 milyon 89,7 min manatı 2022-ci ildə, 8 milyon 789,2 min manatı 2023-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmış, ilin sonuna qalan 965,4 min manat vəsaitdən 921,8 min manatı isə 2024-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmaqla cəmi 43,5 min manatı büdcəyə qaytarılmışdır.
Auditin əhatə etdiyi illərdə Agentliyin mühasibatlığında sabit mühasibat uçotu proqramı mövcud olmamış, dövr ərzində işçilərin əmək haqqının hesablanması, debitor və kreditorların, anbarın, əsas vəsaitlərin və material ehtiyatlarının uçotunun aparılması, memorial orderlərin işlənilməsi və dövriyyə cədvəlinin hazırlanması müvafiq cədvəl proqramının köməyi ilə həyata keçirilmişdir. Bu, öz növbəsində maliyyə hesabatlarında təhriflərin də formanmasına şərait yaradıb.
Auditin əhatə etdiyi illərdə yerinə yetirilmiş təmir və bərpa işləri üzrə seçmə qaydada toplanmış audit sübutları ilə smetada nəzərdə tutulmayan işlərin dəyərinin ödəndiyi, bəzi işlərin dəyərinin və həcmlərinin artırılması hesabına podratçiya əlavə vəsaitin ödədiyi, eləcə də bir sıra nöqsanlar səbəbindən dövlət vəsaitinin artıq istifadəsinə yol verildiyi müəyyən olunub. Bu cür pozuntuların qarşısının alınması üçün müvafiq tədbirlər görülməsi zəruridir.
Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı bəzi hallarda qüvvədə olan norma və tələblərə əməl olunmamış, bu və müqavilədə nəzərdə tutulmuş şərtlərin icra edilməməsi artıq dövlət vəsaitinin icrasına səbəb olub. Müqavilə öhdəliklərinin icra vəziyyətinə nəzarət olunmaması, eyni zamanda, xarici ölkələrdə təbliğat xarakterli məlumatların yerləşdirilməsi ilə bağlı keçirilmiş satınalmaların, son nəticədə iş bu istiqamətdə fəaliyyətin nəticəliliyinə təsir göstərib və vəsaitlərin vaxtında icra edilməsi imkanlarını məhdudlaşdırmışdır. (Xalq)