Milli Mətbuatın 150 illik yubileyi münasibəti ilə paytaxtda tətinlı mərasim keçirilib.
“Xalqxeber.Az” xəbər verir ki, ötən gün “Mətbuatın dostu” Müstəqil Milli Mükafatının təqdimat mərasimi “Simfonya Hall”da baş tutub. Tədbir “Mətbuat” firması tərəfindən təşkil olunub.
Yubiley tədbiri çərçivəsində ölkənin media sahəsində tanınmış 50-yə yaxın peşəkar jurnalist və ictimaiyyət nümayəndəsi diplom və hədiyyələrlə təltif olunub. Tədbirin baş sponsoru “İrsad” mağazalar şəbəkəsi olub. Eyni zamanda “Parla Akademiya”, “Simfonya Hall”, “Hind Hospital”, “İlgim”, “Züleyxa Parfum”, “Jalə”, “Badamlı” və “Milenium” brendləri layihəyə sponsorluq və təşkilati dəstək göstəriblər.
Mükafata layiq görülən şəxslər sırasında millət vəkili Hikmət Babaoğlu, əməkdar jurnalist Etibar Babayev, radio və televiziya simaları, o cümlədən jurnalistlər – Rüstəm Əliyev, İlhamiyyə Rzayeva, Rahib Azəri, Samirə Səfəroliyeva, Könül Həbibqızı, Sida Bəkirqızı, Günel Gözəllova, Vüqar İmanov, Fuad Məditov, Günel Sahmaliqızı Hacıbəy Heydərli, Benyamin Büyatzadə, Peyman Sadiqov, Zəminə Rüstəmov, Tahirə Məmmədqızı və digər tanınmış şəxslər yer alıb.
Tədbirə xüsusi ovqat qatan sənətçilər də unudulmayıb. Xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Fəqət Qasımova və muğam ifaçısı Ilkin Dövlətov “Mətbuatın dostu” mükafatina layiq görülüblər.
Mərasimin aparıcıları təcrübəli televiziya simaları Sədaqət Rəsidqızı və Zabir Əliyev olublar.
Bu tədbir, media sahəsindəki peşəkarların fəaliyyətinin qiymətləndirilməsi və mətbuatın tarixinin önəminin vurğulanması baxımından əhəmiyyətli bir addımdır. Mətbuatın 150 illik yubileyinin qeyd olunması, jurnalistlərin, müəlliflərin və media nümayəndələrinin cəmiyyət qarşısında əhəmiyyətini bir daha göstərdi. Bu cür tədbirlər, jurnalistika sahəsində yeni nəsil üçün motivasiya yaradır və media mühitinin inkişafına təkan verir.
Qeyd edək ki, tədbir çərçivəsində təqdimatlar, müzakirələr, canlı musiqi proqramları təşkil olundu və iştirakçılara məxsus ədəbi-nəzəri mülahizələr dinlənildi. Yubiley mərasimi, mediamızın keçmişinin dəyərləndirilməsi və gələcəkdəki inkişaf perspektivlərinin müzakirəsi baxımından da mühüm rol oynadı.