"Infrastruktur layihələrindəki problemlər müzakirə olunur"

Prezident İlham Əliyev cənablarının Azərbaycanda prioritet elan etdiyi sahələrdən biri də infrastruktur layihələrinin yenilənməsi, müasirləşdirilməsidir
İlham Əliyevin İnfrastruktur Layihələri

İlham Əliyev Cənablarının İnfrastruktur Layihələri

Prezident İlham Əliyev cənablarının Azərbaycanda prioritet elan etdiyi sahələrdən biri də infrastruktur layihələrinin yenilənməsi və müasirləşdirilməsidir. Bu məqsədlə dövlət başçısı avtomobil yollarının, körpülərin və yol ötürücülərinin yenidən çəkilməsi üçün müvafiq sərəncamlar imzalayır.

Dövlət başçısının imzaladığı sərəncamlardan biri isə cari ilin mart ayında, yəni 7 mart tarixində imzalanmışdır. Bu sərəncamla Bərdə rayonunda on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən İmirli-Xanagali-UğurbəyliAlpout-Qarayusifli-Tumaslı avtomobil yollarının çattığı kəndlərdə əsaslı tikinti işlərinə başlanmışdır. Sərəncamla ilkin mərhələdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1.5 milyon manat vəsait ayrılmışdır.

Yol çəkilişini AAYDA-nın tabeliyində fəaliyyət göstərən 43 saylı Yol İstismar İdarəsi MMC aparır. Dövlət başçısının imzaladığı sərəncama əsasən Bərdə rayonunun İmirli, Xanqırab, Qaradəmirçi, Xanagali, Xanxanımlı, Dəymədaghildi, Sirvanlı kəndləri istiqaməti üzrə aparılan işlərlə tanış olub.

Qeyd edək ki, burada ilk diqqəti çəkən, əksər sakinlərin şikayət etdiyi neqativ məqam yolun ensiz çəkilməsidir. Yaşayış məntəqələrinin içlərində mümkün olduğu halda yolun ensiz planlaşdırılması narahatlıq yaradır. Digər bir qüsur isə kəndlərin içində və kəndarası yollarda su ötürücülərinin-turbaların normativə uyğun qoyulmamasıdır.

İmirli və Xanqırab kəndlərində yollardan keçən su tıraqları korroziyaya uğramış, köhnə, diametri az olan turbaların istifadəsi edilir. Xanqırab kəndi ilə Qaradəmirçi kəndinin arasında - işıq stansiyasından Qaradəmirçi kəndinə olan istiqamətdə demək olar ki, yol yatağında xam torpaqdan istifadəyə üstünlük verilmişdir. Su ötürücü turbalarla olan problem Xanagali və Xanxanımlı kəndlərində də mövcuddur.

Belə ki, 2015-ci ildə Prezident İlham Əliyev cənablarının sərəncamı ilə Xanagali kəndində qazılan su quyusunun suyunun arxa axan istiqamətində mövcud olan turbaları yol çəkilisinə aparan şirkət ləğv edib. Sakinlər yeni turba tələb etsələr də, idarə artıq planın təsdiq edildiyini, turbanın olmadığını bildirir. Eyni problem Xanxanımlı kəndində də var. Burada da su ötürücü turbalar normativə uyğun deyil.

Digər problem isə Xanagali – Xanxanımlı – Dəymədaghildi kəndlərinin arasında olan məsafədə əkilən sahələrdən çıxan suların kollektora alınmaması və yeni çəkilən yolda turbaların qoyulmamasıdır. Diqqət çəkən məqamlardan biri də yol çəkilisi aparan idarənin zəif işləməsidir. İmirli-Sirvanlı istiqamətində apardığımız müşahidələr zamanı heç bir ərazidə iş gedmədiyini gördük.

Qeyd etdiyimiz problemlərlə bağlı yaxın günlərdə reportaj təqdim edəcəyik. Məsələ ilə bağlı yazıda adı çəkilən və cavabdeh qurum olan 43 saylı Yol İstismar İdarəsi MMCdən münasibət öyrənə bilmədik.

ÖNCEKİ HABER

Naxçivanda Elektrik Şəbəkəsinin Yenidən Qurulması

SONRAKİ HABER

"Bakıda baxımsız park sakinləri narahat edir"