"Kəlbəcər: Şəhid torpaqlarında yeni həyat"

Prezident İlham Əliyevin Kəlbəcərə növbəti səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş torpaqlarımızda həyat sürətlə bərpa olunur, yeni reallıqlar əsasında müasir infrastruktur formalaşdırılır və xalqımızın doğma yurdlarımıza qayıdışı gerçəkləşir
```html

Prezident Ilham Əliyevin Kəlbəcərə növbəti səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş torpaqlarımızda həyat sürətlə bərpa olunur, yeni reallıqlar əsasında müasir infrastruktur formalaşdırılır və xalqımızın doğma yurdlarına qaydışı gerçəkləşir. Şaşırtıcı təbiəti ilə göz oxşayan Kəlbəcər rayonunun işğaldan azad edilməsi Prezident Ilham Əliyevin uzaqgörən və situasiyaya uyğun, çevik diplomatik yanaşmasını manifestidir. Kəlbəcər döyüş meydanında əldə olunan möhtəşəm zəfərin diplomatiya müstəvisinə transformasiyasının təzahürüdür.

Kəlbəcərdə həyata keçirilən layihələr, yolların salınması, enerji təchizatının yaradılması, kənd və qəsəbələrin bərpası, sosial və iqtisadi infrastrukturun qurulması Azərbaycanın gücünün, dövlətimizin iradəsinin və Prezidentimizin qətiyyətli liderliyinin ən parlaq sübutudur. Bu baxımdan da dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur bölgəsi qısa müddətdə həm ölkəmizin, həm də regionun inkişaf və tərəqqi mərkəzinə çevrilməkdədir.

Kəlbəcərə qaydış xalqımızın arzularının gerçəkləşməsi, həm də tarixi ədalətin bərpasıdır. Burada həyata keçirilən hər bir yeni tikinti, hər bir layihə dövlətimizin və xalqımızın gələcəyə inamının, güclü iradəsinin rəmzidir. Dövlət rəhbərimizin dəmir qətiyyəti, xalqımızın sarsılmaz birliyi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə yeni həyat başlayır, yüzilliklər boyu ata-babalarımızın yaşadığı o torpaqlar yenidən çiçəklənir.

Kəlbəcər rayonu zəngin yeraltı və yerüstü sərvətləri ilə seçilən dilbər guşələrimizdən biridir. Burada həm sənayenin, xüsusilə bərpa olunan enerji mənbələri, mədənlər və kənd təsərrüfatının inkişafı üçün bütün lazımi resurslar mövcuddur. Təsadüfi deyil ki, işğaldan sonra məhz qeyd etdiyimiz bütün istiqamətlər üzrə sürətli işlər görülür və Kəlbəcərin ölkə iqtisadiyyatına reinteqrasiyası uğurla həyata keçirilir.

Kəlbəcərin inkişafı bir daha sübut edir ki, dövlətimizin ən prioritet məqsədi vətəndaşlarımızın təhlükəsiz, firavan və rahat yaşamasının təmin edilməsidir. Bu torpaqlarda aparılan quruculuq işləri xalqımız üçün əbədi qürur mənbəyi, gələcək nəsillər üçün isə dövlətimizin gücünün, milli iradəmizin sarsılmazlığının əbədi rəmzi olacaq. Azərbaycan xalqı yaxşı bilir ki, bu nailiyyətlərin başında Prezident Ilham Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi və xalqa bağlılığı dayanır. Məhz bu liderliyin sayəsində bu gün Qarabağda və Şərqi Zəngəzurda ədalət bərpa olunub, dirçəliş başlanıb.

Aysel Mənsimova - politoloq

```
ÖNCEKİ HABER

"Qalabimizin Beşinci İldönümü: Tarixi Qürur"

SONRAKİ HABER

Kəlbəcərin yenidən dirçəlişi: Yeni həyat simvolu