Arazmedia.az saytına üzv olan Adgöz?lov Seymur Babagöz?l oğlu, illərdir yaşadığı evə qaz xəttinin çəkilməsi üçün Az?riqaz İstehsalat Birliyinə müraciət edir. Lakin, hər dəfə eyni cavabla qarşılaşır: "Kupça və digər sənədlər yoxdur." Bu vəziyyət, ondan fərqli olaraq eyni küçədə yaşayan qonşuların qazla təmin olunması halında, mətləbi daha da çətinləşdirir. Seymur bəyin qardaşı, Adgöz?lov Nəmi?, 1993-cü ildən könüllü olaraq Qarabağ döyüşlərinə qatılmış, 1993-cü ilin aprelin 13-də isə şəhidlik zirvəsinə ucalmışdır.
Bu vəziyyətlər qarşısında sual yaranır: Niyə qonşulara qaz verilir, lakin şəhid ailəsinə yox? Qonşuların sənədi varsa, bu sənəd ictimaiyyətə təqdim edilməlidir. Əgər sənədlər olmadan qaz verilibsə, bu, artıq seçmə-seçmə yanaşma və qanunsuzluqdır. Şəhid qardaşının yaşadığı bölgədə yayılan məlumatlara görə, bəzən Az?riqaz əməkdaşları qaz xəttinin çəkilişi üçün 5-6 min manat məbləğ tələb edir. Bu iddialar rəsmi şəkildə sübut edilməsə də, yerli sakinlər arasında geniş yayılmaqda və ictimai narazılıq yaratmaqdadır.
Arazmedia.az olaraq, yalnızca bir vətəndaşın problemini qaldırmırıq, həm də şəhid ailələrinin incidilməsinə qarşı etiraz edirik. Sualımız var: Hörmətli Az?riqaz rəhbərliyi, siz kimin siyasətini həyata keçirirsiniz? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dəfələrlə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının xüsusi diqqət gördüyünü vurğulamışdır. Bu ailələrə hər zaman "qapılar açıqdır" mesajı verilib. Bəs bu siyasəti Az?riqaz niyə pozur? Niyə şəhid ailəsinə qaz verilmir? Səbəb doğrudan da kupça, yoxsa başqa “kupçalar”dır?
Əgər qurumun məsələ ilə bağlı mövqeyi olarsa, dərhal dərc etməyə hazırıq. Bu yalnız bir ailənin problemi deyil, bütün şəhid ailələrinin hüquqlarının müdafiəsidir!