Bu gün, Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da təşkil olunacaq tədbirdə, Azərbaycan çempionu “Qarabag”ın da rəqibləri müəyyənləşəcək.
Püşkatmadan öncə əsas mərhələdə iştirak edəcək 36 komanda 4 səbətə bölünüb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV səbətdə yer alıb.
I səbətdə aşağıdakı komandalar mövcuddur: PSJ (Fransa), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Inter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya).
II səbətdə isə aşağıdakı komandalar yer alır: “Arsenal” (İngiltərə), “Bayer 04” (Almaniya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Brügge” (Belçika).
III səbətdə aşağıdakı komandalar var: “Tottenhem” (İngiltərə), PSV (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanistan), “Slaviya” (Çexiya), “Budyo Qlimt” (Norveç), “Marsel” (Fransa).
IV səbətdəki komandalar isə bunlardır: Kopenhagen (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Yunion” (Belçika), “Qarabag” (Azərbaycan), “Atletik” (İspaniya), “Nyukasl” (İngiltərə), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son tur görüşləri isə 2026-cı il yanvarın 28-də baş tutacaq. Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macaristanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.
Mənbə: “Qarabag”in əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək