Günəşin səthindəki aktivlik, X sinif alımları nəticəsində yüksəlmişdir. Bakıda yerləşən Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının verdiyi məlumata görə, 9-10 noyabr tarixlərində baş vermiş X5 alımı zamanı asimmetrik tac kütlə atılması nəticəsində, plazma kütləsinin noyabrın 12-də Yerə yaxınlaşması proqnozlaşdırılır. Hazırda Günəş aktivliyi R1-R2 (zəif-orta) səviyyəsindədir, lakin günün yarısından etibarən noyabrın 13-də R3 (güclü-aktiv) səviyyəsinə yüksəlməsi gözlənilir. Aktivlik noyabrın 13-ü günortaya qədər davam edə bilər.
Yüksək coğrafi enliklərdə noyabrın 12-də maqnit qasırğasının gücü 10 ballıq skala üzrə 4-8 aralığında olacaq, noyabrın 13-də isə azalaraq 3-5 səviyyəsinə enməsi gözlənilir. Orta coğrafi enliklərdə isə noyabrın 12-də qasırğanın gücü 4-7 aralığında olacaq, sonraki günlərdə isə azalaraq fon səviyyəsinə düşəcəkdir.
9-10 noyabr tarixlərində baş vermiş tac kütlə atılması nəticəsində noyabrın 12-də yüksək coğrafi enliklərdə G2-G4 səviyyəsində maqnit qasırğası proqnozlaşdırılır. Günün yarısında bu qasırğa artaraq G3-G4 (güclü) səviyyəsinə yüksələcək. Tac kütlə atılması səbəbindən noyabrın 13-də qasırğanın G1-G3 səviyyəsində qalacağı proqnozlaşdırılır. Noyabrın 14-də aktivlik azalacaq.