"Heydər Əliyevin 22-ci ölüm ildönümü"

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vefatının ildönümüdür. Ulu Öndərin vəfatından 22 il ötür. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçivan şəhərində anadan olub. O, 1939-cu ildən sonra Naxçivan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakultəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçivan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində çalışmışdır.

1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işləyərək, Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədri müavini, 1967-ci ildən isə sədri vəzifəsində çalışmışdır. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev, SSRİ Nazirlər Sovetinin sədri müavini vəzifəsinə təyin edilərək SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Mərkəzi Komitənin baş katibi Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə bağlı, ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqımıza qarşı törədilmiş cinayətlərin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz edərək, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev, ilk əvvəl Bakıda, daha sonra isə Naxçıvanda yaşamışdır. Həmin ildədə Azərbaycan Ali Sovetine deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədri müavini olmuşdur. 1992-ci ildəcə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda hökumət böhranının kəskinləşməsi, ölkədə vətəndaş müharibəsinin baş verməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayaga qalxmışdır. O zaman rəhbərlikdə olan şəxslər Heydər Əliyevi rəsmi Bakıya dəvət etmək məcburiyyətində qalmışlar. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səsin 76.1 faizini toplayaraq, yenidən Azərbaycan Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev, sağlamlığı ilə bağlı seçkilərdə iştirak etməmiş və namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdür. 2003-cü il dekabrın 12-də isə Azərbaycan Ümummilli Lideri Heydər Əliyev ABŞ-ın Klivlend Klinikasında vəfat etmişdir.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və müxtəlif medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmişdir. 20 yanvar 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri professoru” adı verilmişdir. Ulu Öndərin siyasətinin davamı olaraq, bu gün Qarabağ da, Sərqi Zəngəzur da azaddır. 2022-ci il sentyabrın 29-da Prezident İlham Əliyevin imzaladığı Sərnamə ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması təmin edilmişdir.

Mənbə: Heydər Əliyevin anım günüdür

ÖNCEKİ HABER

"Heydər Əliyevin 22-ci ölüm ildönümü"

SONRAKİ HABER

"Mehriban Əliyevadan Heydər Əliyevə Anım Paylaşımı"