Azərbaycanda 31 dekabr - 2 yanvar tarixlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti tərəfindən yayımlanan məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, ara-sıra tutulacağı, əsasən yağmursuz keçəcəyinə inanılır.
Bu gün cənub-qərb küləyi əsəcək və sürəti 15-18 m/s təşkil edəcək, ara-sıra 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz isə 7-10° isti olacaq. Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, ara-sıra tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Simal-qərb küləyi də əsəcək və sürəti 15-18 m/s, ara-sıra 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz isə 4-7° isti olacaq.
Yanvarın 2-də hava şəraitinin ara-sıra yağıntılı olacağı gözlənilir. Simal-qərb küləyi əsəcək, sürəti isə 15-20 m/s, ara-sıra 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Sırurda 31 dekabr tarixində hava şəraitinin əsasən yağmursuz olacağı, lakin 31-i axşamdan yanvarın 2-si səhərədək ara-sıra yağıntılı olacağı və qar yağacağı gözlənilir. Hava şəraitinin mülayim qərb küləyi ilə əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 6-11° saxta, gündüz isə 0-5° isti olacağı gözlənilir. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.
Xankəndi, Suşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam və həmçinin Daskəsən-Gədəbəy, Göygöl bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı və qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə ara-sıra güclənə bilər. Havanın temperaturu gecə 6-11° saxta, gündüz isə 2° saxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı mövcuddur.
Sərqi Zəngəzur bölgəsi, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdən başlayaraq yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı və qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə ara-sıra güclənə bilər. Havanın temperaturu gecə 2-7°, dağlıq ərazilərdə isə 10-13° saxta, gündüz 0-5 dərəcə isti, dağlıq ərazilərdə isə 3°-dək saxta olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan yanvarın 2-si gündüzədək dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə ara-sıra yağıntılı olacağı və qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə ara-sıra güclənə bilər. Havanın temperaturu gecə 1-6° saxta, gündüz isə 4-7° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Sabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdən başlayaraq yanvarın 2-si axşamadək bəzi yerlərdə ara-sıra yağıntılı olacağı və qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə ara-sıra güclənə bilər. Havanın temperaturu gecə 2-7° saxta, gündüz isə 4-8° isti, dağlarda gecə 7-10° saxta, yüksək dağlıq ərazilərdə 11-15° saxta, gündüz 3° saxtadan 2°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Yevlax, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava şəraitinin dekabrın 31-də əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 1-i axşamdan yanvarın 2-si axşamadək bəzi yerlərdə ara-sıra yağıntılı olacağı və sulu qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə ara-sıra güclənə bilər. Havanın temperaturu gecə 1-6° saxta, bəzi yerlərdə 2°-dək isti, gündüz isə 6-10° isti olacaq.