"İşçilərə 4500 manat əlavə kompensasiya veriləcək"

“Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib

Konstitusiya Məhkəməsi isçilərə əlavə kompensasiyaların ödenməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, iş müqaviləsinə xitam verilərkən, işçiyə bütün iş illərinin istifadədən kənar qalmış məzuniyyət günlərinə görə kompensasiya ödəniləcək.

Arazmedia.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. O, bildirib ki, qərarla Əmək Məcəlləsinin 115, 117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərin müddətləri tənzimlənir. İstifadə olunmamış əsas əmək məzuniyyəti üçün müyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin olunacaq.

Vüqar Bayramovun sözlərinə görə, 115-ci maddədə əmək şəraitinə və iş funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri, 117-ci maddədə uşaqlı qadınların əlavə məzuniyyətləri, 118-ci maddədə isə pedaqoji və elmi fəaliyyətdə olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyənləşdirilir. Belə ki, işçi fərqli səbəblərdən əlavə və ya əsas məzuniyyətdən tam istifadə etməyibsə, o zaman işdən çıxan zaman ona həmin günlərə görə kompensasiya ödəniləcək.

Bununla yanaşı, yeraltı işlərdə çalışanların, əmək şəraiti zərərli və ağır, eləcə də iş funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərin, həmçinin uşaqlı qadınların istifadə edilməyən əlavə məzuniyyətlərinə görə ödənişin verilməsi nəzərdə tutulur.

Əgər işçinin çalışdığı müddətdə istifadə etmədiyi 50 gün əlavə və 40 gün əsas məzuniyyət günləri varsa, o işdən çıxan zaman ona əlavə olaraq 90 günün məzuniyyət kompensasiyası ödəniləcək. Məsələn, əgər gündəlik məzuniyyət haqqı 50 manatdırsa, o zaman həmin işçiyə 4,500 manat əlavə kompensasiya ödəniləcək. Bu qərar işçilərin sosial hüquqlarının daha yaxından qorunması və kompensasiya ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasına xidmət edəcək.

Mənbə: Bu şəxslərə 4500 manat əlavə kompensasiya veriləcək

ÖNCEKİ HABER

"İşçilərə 4500 manat əlavə kompensasiya veriləcək"

SONRAKİ HABER

Pensiyalar 9,3% artırılır - Müjdeli xəbər!