Azerbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib.
Arazmedia.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığı əsasən ölkədə kartla əməliyyatlara (\\"card-to-card\\") limitlər tətbiq edilib. Bu limitlər həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib.
Ödəniş kartları və elektron pul hesablarının sayı ilə elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur. Ancaq ictimaiyyəti maraqlandıran əsas limitlər kartdan karta köçürmələrlə bağlıdır.
Beləliklə, kart sahibi olan müştərilərin diqqətinə çatdırılır ki, 1 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart əməliyyatları üzrə müəyyən dəyişikliklər tətbiq edilir.
Belə ki, kartlara müdaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər.
Kartla gündəlik əməliyyatların sayına limit qoyulsa da, gündəlik əməliyyatlar üzrə limit yoxdur. Özündən kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20,000 manat limit müəyyən edilib.
Bank müştərinin öz kartları arasında həyata keçirilən əməliyyatlar bu məhdudiyyətlərə şamil edilmir, yəni bu əməliyyatlara limit qoyulmayıb.
Xatırladaq ki, kartla əməliyyat üzrə hazırlanmış şərtlər bir neçə gün əvvəl Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fintex Assosiasiyasının üzvlərinə təqdim edilib.
Digər tərəfdən, yeni qaydalara əsasən, ödəniş kartlarının və elektron cüzdanların sayına da limit qoyulur. Belə ki, elektron cüzdanlar üzrə manatda 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdan istifadəyə oluna bilər.
Kartdan karta köçürmələrdə limitlərin tətbiqinin bir neçə səbəbi var. Hökumətin və Mərkəzi Bankın mövqeyi bundan ibarətdir ki, bu limitlər ilk növbədə şəffaflığın artırılması və firıldaq hallarının azalması məqsədini daşiyir. Digər tərəfdən, yeni qaydalar vergidən yayınma və qanunsuz mərclərin qarşısını almağa xidmət edir.
Qeyd edək ki, bu qərarla bağlı yalnız Azər Türk Bank rəsmi açıqlama yayıb. Digər banklar isə müştəriləri bu barədə heç bir xəbərdar etməyib.