Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağıntı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Arazmedia.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısa müddətli leysan xarakterli olacağı, simşək çaxacağı ehtimalı var.
Azərbaycanda rayonlarında sentyabrın 29-dan 30-u axşamadək bəzi yerlərdə ara-sıra yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağıntılar, simşək çaxması, dolu düşməsi, yüksək dağlıq ərazilərdə isə qara küləyin olacağı ehtimal edilir.
Bu gözlənilən yağıntılı hava şəraiti ilə bağlı çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısa müddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.