Fövqəlada Hallar Nazirliyi elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyyətə müraciət edib.
Bu barədə Arazmedia.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə son zamanlar elektrik mühərrikli nəqliyyat vasitələrinin istifadəsinin genişlənməsi ilə əlaqədar elektrik doldurma qurğularının sayı da durmadan artır.
Fövqəlada Hallar Nazirliyi, elektrik doldurma qurğularının quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların tələblərinə əməl edilməməsinin yangın və digər təhlükəli halların baş verməsinə, nəticədə insanların həyat və sağlamlığına, eləcə də əmlakın zərər görməsinə səbəb ola biləcəyini vurğulayır.
Qurumun açıqlamasında qeyd olunub ki, bu qurğuların quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların, o cümlədən yangın təhlükəsizliyi tələblərinin pozulması avadanlıqların həddindən artıq qızmasına, qısaqapanmaya və nəticədə yangınların baş verməsinə səbəb ola bilər. Xüsusilə çoxmənzilli yaşayış binalarının yeraltı avtodayanacaqlarında elektrik doldurma qurğularının müvafiq tələblər və texniki şərtlər nəzərə alınmadan köntübi şəkildə quraşdırılması, elektrik yüklərinə uyğun olmayan kabel və avadanlıqlardan istifadəsi, kabellərin düzgün çıxarılmaması, eyni zamanda yangın təhlükəsizliyi baxımından zəruri mühafizə tədbirlərinin təmin olunmaması yangın riskini əhəmiyyətli dərəcədə artırır.
Əlavə olaraq, elektrik doldurma avadanlıqlarının texniki vəziyyətinə mütəmadi nəzarət edilməməsi, zədələnmiş kabel və avadanlıqlardan istifadənin, nasazlıqların vaxtında aradan qaldırılmaması və doldurma prosesinin təhlükəsizlik tələbləri nəzərə alınmadan nəzarətsiz həyata keçirilməsi də yangın təhlükəsini yaradır.
FHN, elektrik doldurma qurğularının quraşdırılması və istismarı ilə məşğul olan fiziki və hüquqi şəxslərə, həmçinin elektrik mühərrikli nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Elektrik doldurma qurğuları mütləq olaraq "Elektrik qurğularının quraşdırılması Qaydaları"na və enerji təchizatı müəssisəsi tərəfindən təsdiq edilmiş texniki şərtlərə uyğun quraşdırılmalı, müvafiq təhlükəsizlik tələblərinə ciddi riayət olunmalıdır.
Xüsusilə nəzərə alınmalıdır ki, cihazın, qidalanma kabelinin və ya portun zədələndiyi, yanan izolyasiya qoxusu, tüstü və ya qeyri-adi səs müşahidə olunduğu hallarda elektrik doldurma qurğusundan istifadənin təhlükəli olduğu vurğulanır. Belə vəziyyətlərdə izolyasiyası pozulmuş, ucları açıq cərəyan keçiriciləri olan kabellərdən istifadə etməmək, onları gərginlik altında saxlamaq və qidalanma kabelinə çalmaq yolverilməzdir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!
Mənbə: FHN əhaliyə müraciət edib