Qaradag rayonunda 01 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü keçirilib.
Arazmedia.az xəbər verir ki, tədbirdə Qaradag Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Qaradag rayon prokuroru Fərid Nagiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları və Qaradag Rayon İcra Hakimiyyətinin kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Natiq Əliyev, prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. O, onlara məsuliyyətli və səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. Natiq Əliyev bildirib ki, prokurorluq orqanlarının dövlətçilik prinsiplərinin və qanunun aliliyinin təmin olunmasında mühüm rol oynayır. Qeyd edib ki, prokurorluq əməkdaşlarının üzərinə düşən əsas vəzifələrdən biri hüquq və azadlıqların müdafiəsi, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili və ictimai təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir.
Azərbaycanda prokurorluq müasir dövrün tələblərinə uyğun forma alıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və prokurorluq sisteminin inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib. Hazırda Prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və onların sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Tədbirdə çıxış edən Qaradag rayon prokuroru Fərid Nagiyev, prokurorluq orqanlarının qanunun möhkəmləndirilməsi və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətindən bəhs etdi. Prokurorluq işçilərinin fəaliyyətində göstərdikləri xidmətlər yüksək qiymətləndirildi.
Sonda Natiq Əliyev tərəfindən bir sıra prokurorluq əməkdaşlarına fəxri fərman və hədiyyələr təqdim olundu.
Mənbə: Qaradag rayonunda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub