"Azərbaycan Jurnalistlərinin IX Qurultayının Tarixi Dəyişdi"

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək

Azərbaycan jurnalistlərinin IX qurultayı Rusid Behbudov adına Mahni Teatrında keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda qurultayın keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsi qərarını verib.

Bu barədə Arazmedia.az-a Mətbuat Şurasından məlumat verilib. Bildirilib ki, qərar hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir.

Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatlara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinin namizədlərinin verilməsi prosesini sürətləndirmək, bunun üçün Mətbuat Şurasının “presscouncil.az” veb-saytındakı “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirmək (anketləri dolduraraq şəxsin Mətbuat Şurasına çatdırmaq və ya [email protected] elektron ünvanına göndərmək) çağırır.

Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq. Qurultay oktyabrın 16-da saat 09:00-da öz işinə başlayacaq.

Mənbə: Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

ÖNCEKİ HABER

"Bakıda və rayonlarda hava proqnozu açıqlandı"

SONRAKİ HABER

Azerbaycanda Sosial Şəbəkələrdə İstifadə Statistikası