Kubanın şərqində helikopter qəzası baş verib.
ÜMİDTV: məlumatına görə, bu barədə "Cubadebate" portalı ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.
Məlumata görə, helikopter Olqin əyalətindən Quantanamo vilayətinə doğru uçurmuş. Qəza zamanı 5 nəfər həlak olub. Onların hamısı heyət üzvləri imiş.
Müdafə Nazirliyinin müvafiq komissiyası hadisə ilə bağlı təhqiqata başlayıb.