İraqda terror aktı zamanı bir neçə uşaq yaralanıb, ölən var

İraqda terror aktı zamanı bir neçə uşaq yaralanıb, ölən var

İraqın şimal-şərqindəki Diyala əyalətində terror aktı törədilib.

Bu barədə ÜMİDTV:  “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində bir uşaq həlak olub, daha dörd azyaşlı yaralanıb.

Polisdə bildirilib ki, İŞİD terrorçuları As-Sadiya şəhərində bomba partladıblar. Partlayış yaşı 10-dan az olan uşaqların oynadığı meydançada törədilib.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

ÖNCEKİ HABER

Fransa çempionatının yeni lideri məlum oldu

SONRAKİ HABER

Kubada helikopter qəzasında 5 nəfər həlak olub