27 dekabr tarixində, Lökbatan qəsəbəsində yerləşən "Dəniz Palace" şadlıq sarayında şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub.
Arazmedia.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov, Sura üzvləri, şəhid ailələri, qazilər iştirak edib. Şənlikdən əvvəl Ulu Öndər Heydər Əliyevin, şəhidlərin, 25 dekabr tarixində Türkiyədə baş vermiş qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı qısa videoçarx nümayiş olunub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov tədbirdə çıxış edərək, şəhid və qazi ailələrini qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2025-ci il münasibətilə təbrik edib. O, ölkə rəhbərinin uşaqlara olan diqqət və qayğısından söz açıb.
2024-cü ilin Azərbaycan üçün əhəmiyyətli və yaddaqalan bir il olacağını bildiren Süleyman Mikayilov, 7 fevral tarixində xalqın cənab İlham Əliyevi Prezident seçdiyini qeyd edib. Cənab Prezidentin sərəncamı ilə 2024-cü il "Yaşıl dünya" adlandırılan həmrəylik ili kimi tarixə düşüb. O, eyni zamanda, ölkənin ekoloji mühitinin qorunduğunu, yaşıllıqların sayının artdığını və minlərlə ağac əkildiyini vurğulayıb. Bu tədbirlərin və layihələrin vətəndaşların sağlamlığına xidmət etdiyini bildirən Mikayilov, noyabr ayında keçirilən COP29 beynəlxalq tədbirinin ölkənin və xalqın siyasi irfandan daha da artdığını qeyd edib. 2025-ci ilin xalq üçün daha uğurlu ildən olması haqqında fikirlərini də bölüşüb.
Tədbir Yeni il şənliyi ilə davam edib. Saxta baba, Qar qız və cizgi filmi qəhrəmanları müxtəlif və rəngarəng proqramlar nümayiş etdirərək uşaqların sevincinə səbəb olublar. Şənlik mahnı və rəqslərlə davam etdirilib. Sonda isə uşaqlara Yeni il hədiyyələri təqdim olunub.
Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qalaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Mənbə: Qaradağda şəhid övladları üçün Yeni il şənliyi təşkil olunub