Dekabr ayının 25-də, ölkə başçısı İlham Əliyev təyarə ilə Sankt-Peterburqda keçiriləcək MDB Zirvə görüşünə uçarkən, Bakı-Qrozni istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması barədə məlumat almışdır. Bu qəzaya dair məlumat aldıqdan sonra dərhal Bakıya qayıtmaq qərarı qəbul edən ölkə başçısı, Bakıda hava limanında operativ müsaviqə keçirərək, problemlərin həllini müzakirə etmişdir. Prezidentin göstərişi əsasında Dövlət Komissiyası yaradılmış və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edilmişdir.
Təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda matəm elan edilmişdir. Həmin gün ölkədəki bütün məscidlərdə və digər dini ibadət yerlərində qəzada həlak olanların xatirəsi yad edilmiş, dini mərasimlər keçirilib.
Təyyarə qəzası hamını sarsıtmışdır. Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olmuşdur. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin söyləyi, sücaəti sayəsində 29 sərnişin sağ qalmışdır. Dekabrın 29-da təyyarə qəzasında həlak olan üzvləri II Fəxri xiyabanda torpağa tapşırılmışdır. Qəzada həlak olan sərnişinlər isə ölkənin müxtəlif bölgələrində dəfn edilmişdir.
Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak etmiş, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək, bildirib: “İlkin versiyalar da kifayət qədər əhəmiyyətlidir və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qrozni sakinliyinin yaxınlığında xaricdən zərbə almış və idarə etməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətardır.”
Prezident eyni zamanda qeyd edib ki, yerdən açılan atış nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib. Qeyd edilib ki, qəzaya uğrayan təyyarənin füzelajının delik-desik olması mühərrikə qus düşməsi versiyasını tamamilə günlükdən çıxardıb. Dövlətimizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişlər. “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansisa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aşkar göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimsəyə başucalığı gətirmir,” - deyə Prezident qeyd edib.
Təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident, öz günahını etiraf etməyin, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəməyin və bunu ictimaiyyətə bildirməyin - bütün bunların görüləsi tədbirlər olduğunu vurğulayıb. “Ümid edirik ki, qara qutular açıldıqdan sonra daha ətraflı məlumat əldə edəcəyik and bu, hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək,” - Prezident cümləsini tamamlayıb.
Agarəhim Baxisov - Dövlət İdarəçilik Akademiyası