ABS Konqresinin 119-cu çağırışı yeni tərkibin ilk iş günündə Gürcüstanla bağlı iki qanun layihəsi təqdim olunacaq. AzVision.az Gürcüstanın "Novosti Gruzii" portalına istinadən xəbər verir ki, ABS Helsinki Komissiyasının nümayəndələri, Nümayəndələr Palatasının üzvləri demokrat Stiven Koen və respublikaçı Co Vilson keçirdikləri mətbuat konfransında bu barədə məlumat veriblər.
İlk dəfə 2023-cü ildən Konqresə təqdim edilmiş qanun layihəsi olan "MEGOBARI Akti" yenidən qeydiyyatdan keçirilməsi planlaşdırılır. Bu layihənin məqsədi "demokratiyaya xələl gətirən" Gürcü rəsmilərinə və fərdlərinə qarşı sanksiyalar tətbiq etmək, həmçinin vətəndaş cəmiyyətinə və Gürcüstanın Avro-Atlantik inteqrasiyasına dəstəyi gücləndirməkdir.
Müəlliflərin iddiasına görə, "MEGOBARI Akti"nin yenilənmiş variantı "Gürcü arzusu"nun bütün məmurlarının və onların yaxın qohumlarının korrupsiya və ya Gürcüstanın suverenliyinə xələl gətirən cəhdlərinin tam yoxlanılmasını nəzərdə tutur.
Helsinki Komissiyasının üzvləri ikinci qanun layihəsini "Gürcü kabusunun tanınmaması haqqında qanun" adlandırırlar. Bu təşəbbüs, ABŞ-ın 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinin rəsmi nəticələrini tanımamasını nəzərdə tutur.
Qeyd edək ki, kollektiv Qərb Gürcüstanın legitim hakimiyyətinə qarşı qərəzli addımlarına cavab olaraq, rəsmi Tbilisi hökuməti əleyhinə mitinqlərdə və iğtişaşlarda iştirak etmiş 25 şəxsin ölkədən qovulması barədə qərar verib.