Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbül edilməzdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə, Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddialar barədə medianın sualına cavabında bildirib.
“Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa, heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlığa qarşı cinayətləri heç zaman tənqid etməyib”, - deyə Hacizadə bildirib.
Fransa tərəfinə bir daha xatırlatmaq istədik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistanın işğalına son qoymaq məqsədilə aparılıb.
Bölgədə sülh üçün real şərait yarandığı bir dövrdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revansizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransa'nın bu kimi təhrikçi açıqlamalarını kəskin pisləyirik.
Fransanın məkri neo-kolonial siyasətinin təzahürü olan dəniz ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycana yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri günahlandırmaq əvəzinə, Fransanın sərt xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.
Fransadan sülhə xidmət etməyin və bölgədə sabitliyi pozan addımlarına son qoymağı tələb edirik," - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, 6 yanvar 2025-ci il tarixində Fransa Prezidenti Emmanuel Makron, səfirələr konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrini dəyişdirərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib.” O, həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dəniz ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycanın tərəfindən qəbul edilməmiş müdaxilərlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistani müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla problemi həll etdiyini düşünür.”
```